Accessibility links

ABŞ-ın hərbi gəmisi İranın hərbi gəmisinə xəbərdarlıq atəşi açıb


ABŞ-ın İran körfəzi sularında keşik çəkən hərbi dəniz qüvvələrinin gəmisi İranın İnqilabi Qvardiyasının həddən artıq yaxın məsafədən onun yanına gələn gəmisinə xəbərdarlıq atəşi açıb. Bu barədə məlumatı ABŞ hərbi dəniz qüvvələrinin rəsmisi Amerikanın Səsinə təsdiq edib.

Hərbi dəniz qüvvələrinin rəsmisinin bildirdiyinə görə, USS Thunderbird gəmisi yüksək sürətlə onun 140 metrliyinə yaxınlaşan İran gəmisinə “bir neçə xəbərdarlıq atəşi açıb.

Xəbərdarlıq atəşlərindən İran gəmisi Amerika gəmilərinin radio və səsli siqnallar vasitəsilə çağırışlarına əməl etmədiyinə görə son ölçü kimi istfadə edilib. Bu ilkin xəbərdarlıq siqnallarına Amerika hərbi dəniz donanmasının gəmilərinin beynəlxalq səviyyədə təhlükə simvolu olan sirenaları da daxildir.

Müdafiə nazirliyinin rəsmisi bildirib ki, insident zamanı Birləşmiş Ştatların Sahil Mühafizə xidməti USS Thunderbird gəmisi ilə birlikdə keşik çəkirdi.

Rəsmi nümayəndə insidenti “təhlükəli və qeyri-professional” kimi qiymətləndirib.

“İran tərəfi bu kimi təhlükəli və təxribat xarakterli hərəkətləri yanlış hesablama risklərini lazımsız şəkildə artırmaqdan başqa bir şey deyil”, müdafiə nazirliyinin rəsmisi bildirib.

Keçən ay İranın hərbi gəmisi Hörmüz körfəzində ABŞ-ın hərbi gəmilərini müşayiət edən Amerika helikopterinə lazer şüası istiqamətləndirib.

ABŞ-ın Beşinci Flotiliyasının sözçüsü Bill Urban İran gəmisinin USS Bataan döyüş gəmisinin 730 metrliyinə yaxınlaşdığını deyib.

XS
SM
MD
LG