Accessibility links

ABŞ məhkəməsi telefon danışıqlarının izlənilməsi proqramının müddətini uzadıb


ABŞ-ın xarici kəşfiyyatın izlənməsinə dair gizli məhkəməsi hökumətin milyonlarla telefon danışıqlarının monitorinqini davam etdirməsi üçün səlahiyyət müddətini uzadıb. Gizli əks-terror proqramlarından biri olan telefon danışıqlarının monitorinqi Milli Kəşfiyyat agentliyinin keçmiş kontraktoru Edvard Snouden tərəfindən açıqlanmışdır.

Milli Təhlükəsizlik idarəsinin direktorunun ofisi gizli məhkəmənin xüsusi xidmət orqanlarının səlahiyyətlərini təsdiq etdiyinə dair məlumatı cümə günü açıqlayıb.

Elektron izləmə proqramı iyun ayında Edvard Snoudenin hökumətin telefon danışıqlarını monitorinq etdiyinə dair bir zaman məxfi olan məlumatı ictimaiyyətə açmasından sonra diqqət mərkəzindədir.

Demokrat və respublikaçı qanunvericilər keçən həftə izləmə proqramının müddəti ilə bağlı narahatlıqlarını ifadə edərək, Konqresin müzakirəyə çıxarıldıqdan onun müddətini uzatmaya biləcəyinə işarə etmişdi.

İzləmə proqramı barədə məlumatı ictimaiyyətə açıqlayan Edvard Snouden hazırda Moskvanın Şeremetyevo hava limanının tranzit zonasındadır. O, Latın Amerikasına getməyi planlaşdırdığını deyib, lakin eyni zamanda müvəqqəti olaraq Rusiyada siyasi sığınacaq almaq istəyir. Snoudenin vəkili Anatoli Kuçerena onun Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəyini deyib.

Birləşmiş Ştatlar Rusiyadan casusluq ittihamları əsasında məhkəmə qarşısına çıxarılması üçün Snoudenin təhvil verilməsini istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG