Accessibility links

ABŞ hərbi qüvvələrinin Suriyada gələcəyi məsələsi müzakirə edilir


ABŞ hərbi qüvvələrinin konvoyu Suriyanın Manbic bölgəsində
ABŞ hərbi qüvvələrinin konvoyu Suriyanın Manbic bölgəsində

Ağ Ev Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyada missiyasının nə zaman bitəcəyi ilə bağlı açıqlama verməsə də, prezident Tramp ABŞ əsgərlərinin vətənə qayıtmasına çağırır.

“İŞİD-in Suriyada kökünün kəsilməsi kimi hərbi missiya başa çatmaq üzrədir, belə ki İŞİD demək olar tamamilə məhv edilib”, Ağ Evin açıqladığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar və bizim tərəfdaşlarımız İŞİD-in Suriyada kiçik qrupunun aradan qaldırılması işinə sadiq qalır. Biz müttəfiqlərimiz və dostlarımızla gələcək planlarla bağlı məsləhətləşmələri davam etdirəcəyik”, bəyanatda deyilir.

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Cim Mattis Ağ Evdə görüş zamanı, 3 aprel, 2018.
ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Cim Mattis Ağ Evdə görüş zamanı, 3 aprel, 2018.

Bəyanat Ağ Evdə ABŞ müdafiə naziri Cim Mattis və Birgə Qərargahlar rəisi Cozef Danfordun da iştirak etdiyi görüşdən sonra verilib. Bundan bir gün öncə isə prezident Donald Tramp Amerika əsgərlərinin vətənə qayıtmasını istədiyini deyib.

İŞİD-in Suriyada kökünün kəsilməsi kimi hərbi missiya başa çatmaq üzrədir, belə ki İŞİD demək olar tamamilə məhv edilib.
Ağ Ev

Tramp eyni zamanda, Fransa prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətləri aparıb.

Ağ Evin bəyanatından əvvəl ABŞ hərbi qüvvələri ölkənin Suriyaya müdaxiləsi ilə bağlı mümkün yeni qərarların verilməsini gözləyirdi.

Birləşmiş Ştatların hazırda Suriyada 2 min nəfərdən ibarət əsgəri qüvvəsi var. Bu qüvvələr İŞİD-in məğlub edilməsi səyləri çərçivəsində ölkədədir. ABŞ hərbi qüvvələrinin yüksək səviyyəli hərbi rəsmiləri Amerika qüvvələrinin Suriyada saxlanması üçün səbəblərin olduğunu bildirir.

XS
SM
MD
LG