Accessibility links

ABŞ hökuməti: İran dövlət səviyyəsində terrorizmə dəstəyi artırır



Birləşmiş Ştatlar 2012-ci ildə İranın dövlət səviyyəsində terrorizmə dəstəyi artırdığını, eyni zamanda Pakistanda Əl-Qaidənin əsasının zəifləməyə davam etdiyini bildirir.

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi illik hesabatda göstərilir ki, həm İran, həm də Livanda mənzillənən Hizbullah keçən il öz xalqı ilə amansız rəftar edən Suriya rejiminə dəstəyi gücləndirməklə terror fəaliyyətlərini artırıb.

Hesabatda deyilir ki, Əl-Qaidənin Pakistanda rəhbərliyi və onun Yəməndəki özəyi 2012-ci ildə zəifləyib. Sənəddə eyni zamanda, Somali hökumətinin Afrika Birliyinin köməyi ilə əl-Şəbəb yaraqlılarını ölkənin əsas şəhərlərindən çıxarmağa nail olduğunu qeyd edilir.

ABŞ Dövlət Departamentinin hesabatında 2012-ci ildə dünyanın 85 ölkəsində terror hücumlarının baş verdiyi deyilir. Bunların əsas hisəsi Pakistan, İraq və Əfqanıstanda baş verib. Hesabatda terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq və terrorizmə gətirib çıxaran ideologiyanın yayılmasının qarşısını almaq qabiliyyətinin dünya miqyasında gücləndirilməsinin rolu xüsusi vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG