Accessibility links

ABŞ İraq Kürdüstanında referendumu dərin təəssüf hissi ilə qarşılayıb


Birləşmiş Ştatlar İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsini dərin təəssüf hissi ilə qarşıladığını bildirib.

Bu, ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauertin açıqladığı bəyanatda bildirilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert

​Birləşmiş Ştatlar İraq Kürdüstanından kənar ərazilər də daxil olmaqla, Kürdüstan Regional Hökumətinin müstəqilliyə dair təktərəfli qaydada referendum keçirilməsi qərarını dərin dərin təəssüf hissi ilə qarşılayıb.

Birləşmiş Ştatların İraqın Kürdüstan regionu ilə tarixi dostluğu məcburi qüvvəsi olmayan bu referenduma görə dəyişməyəcək, amma biz bu addımın Kürdüstan regionu və onun xalqına qeyri-sabitlik və çətinliklər gətirəcəyinə inanırıq.

Təktərəfli referendum Kürdüstanın Regional Hökumətinin həm İraq hökuməti, həm də qonşu ölkələrlə münasibətlərini çətinləşdirəcək. İŞİD-ə qarşı mübarizə hələ bitməyib və ekstremist qruplar qeyri-sabitlik və qarşıdurmadan istifadə etməyə çalışır. Biz inanırıq ki, bütün tərəflər iraqlıların hamısının gələcəyinin yaxşılaşdırılması üçün konstruktiv dialoq aparmalıdır. Birləşmiş Ştatlar sərhədlərin dəyişdirilməsi məqsədilə hər hansı bir tərəfin zorakılığı və birtərəfli addımlarına qarşı çıxır”, bəyanatda deyilir.

“Birləşmiş Ştatlar bütöv, federal və firavan İraqı dəstəkləyir və iraqlıların konstitusiya çərçivəsində istəklərinə nail olmasına yardım göstərmək üçün imkanların axtarılmasını davam etdirəcək”, ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

XS
SM
MD
LG