Accessibility links

ABŞ rəsmisi: İŞİD-in bazasındakı girovlar edam təhlükəsi qarşısında idi


Birləşmiş Ştatların Müdafiə naziri Eşton Karter deyib ki, ABŞ və kürd qüvvələrin girovları azad etmək üçün keçirdiyi birgə reyddən əvvəl İraqda İslam Dövləti qrupunun bazasında saxlanılanlar edam olunacaqdılar.

Mətbuat konfransında danışan Eşton Karter edam mərkəzi kimi təsvir etdiyi obyektdə girovlar üçün qəbirlərin qazıldığını bildirib.

İslam Dövləti qrupunun Kərkük şəhərindən qərbdə Havicadakı obyektinə reyd zamanı İraq təhlükəsizlik qüvvələrinin 21 üzvü daxil olmaqla 70 girov azad edilib.

Reyd eyni zamanda İŞİD ektremistlərinə qarşı bir il sürən kampaniyada ilk dəfə olaraq ABŞ qüvvələri tərəfindən də bir hərbçinin ölümülə nəticələnib. ABŞ hərbi qüvvələrinin serjantı Coşua Vieler İslam Dövləti qrupu tərəfindən atılan atəş nəticəsində ölümcül yaralanaraq həlak olub.

İraqın şimalında İŞİD-ə qarşı əməliyyatda həlak olan ABŞ hərbi qüvvələrinin serjantı Coşua Vieler
İraqın şimalında İŞİD-ə qarşı əməliyyatda həlak olan ABŞ hərbi qüvvələrinin serjantı Coşua Vieler

İraqda ABŞ-ın başçılığı ilə koalisiyanın sözçüsü, polkovnik Stiv Uorren Amerikanın Səsinə Vielerin bir dəfə vurulduğunu bildirib və kürd qüvvələrinin də əməliyyat zamanı tələfat verdiyini əlavə edib.

Polkovnik Uorren bir gün əvvəl dörd girovun İŞİD-in bazasında edam edildiyini deyib. “Bu, düşmənin arxa cəbhəsində girovların xilas edilməsi məqsədilə ilk belə əməliyyat olub”-deyə koalisiyanın sözçüsü Amerikanın Səsinə bildirib.

Serjant Vielerin həlak olmasına baxmayaraq, Pentaqon ABŞ hərbi qüvvələrinin İraqda aktiv döyüşlərdə iştirakını inkar edib. ABŞ müdafiə nazirliyinin yüksək səviyyəli rəsmisi çərşənbə günü axşam və cümə axşamı günü səhər İraq Kürd regional hökuməti ilə koordinasiya edilmiş şəkildə keçirilmiş əməliyyat zamanı onlarla Amerika və kürd əsgərinin iştirak etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG