Accessibility links

ABŞ-ın hava hücumları zamanı İŞİD-in iki “xüsusi əhəmiyyətli üzvü” qətlə yetirilib


ABŞ-ın başçılığı ilə İraqda koalisiya qüvvələrinin sözçüsü polkovnik Stiv Uorren
ABŞ-ın başçılığı ilə İraqda koalisiya qüvvələrinin sözçüsü polkovnik Stiv Uorren

ABŞ-ın hava hücumları zamanı İŞİD-in İraqda iki “xüsusi əhəmiyyətə malik üzvü” qətlə yetirilib.

Bağdadda ABŞ hərbi qüvvələrinin xüsusi nümayəndəsi, polkovnik Stiv Uorren mayın 13-də hava hücumları zamanı Əbu Həmzə və Əbu Safiyənin, eləcə də üçüncü döyüşçünün qətlə yetirildiyini bildirib.

Uorren deyib ki, İraqda Əl-Qaidə qrupunun keçmiş üzvü olan Əbu Həmzə İraqda 2011-ci ildə sona çatan müharibədə amerikalılara qarşı hücumlar planlaşdırıb və təşkil edib.

O bildirib ki, Əbu Həmzə həmçinin İraqda İslam Dövləti qrupunun döyüşçüləri arasında koordinasiya, onların təchizatı və maliyyə ilə təmin edilməsinə görə məsuliyyət daşıyırdı.

Əbu Safiyə İraqda Fərat çayı vaidisində kimyəvi hücumlara görə məsuliyyət daşıyırdı.

Pokovnik Uorren bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələri 2015-ci ildən İŞİD-in 120 yüksək səviyyəli döyüşçüsünü qətlə yetirib.

Lakin o əlavə edib ki, son günlər İŞİD paytaxt Bağdad və onun ətrafında 140-dan çox insanın ölümülə nəticələnmiş bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG