Accessibility links

ABŞ və müttəfiqləri “İslam Dövləti” qrupuna qarşı koalisiya yaradır


Birləşmiş Ştatlar İraqda “İslam Dövləti” qrupuna qarşı mübarizə aparmaq üçün müttəfiqlərlə koalisiya yaradır.

ABŞ Dövlət katibi Con Kerri və ABŞ müdafiə naziri Çak Heygel koalisiya yaradılması səylərini cümə günü Uelsdə NATO sammiti çərçivəsində davam etdiriblər.

Dövlət Departamenti görüşdə Birləşmiş Ştatlar, Britaniya, Fransa və Almaniya da daxil olmaqla 10 ölkənin iştirak etdiyini bildirib. Görüşə qatılan Avstraliya NATO-nun üzvü olmayan yeganə ölkədir.

Con Kerri koalisiya üzrə müttəfiq ölkələrin liderlərini ABŞ-ın İraqa quru qüvvələr göndərmək niyyətində olmadığına əmin edib. O hamı üçün “qırmızı xətt”ə işarə edərək, quru qüvvələrin göndərilməyəcəyini deyib. Lakin o bildirib ki, koalisiya müxtəlif yollarla İraq təhlükəsizlik qüvvələri və başqalarına təlim və məsləhət verə, yardım göstərə və təchizatla təmin edə bilər.

Qərb liderləri ABŞ-ın militantların İraqda mövqelərini bombardman etməsinə cavab olaraq Amerika jurnalistlərini qətlə yetirən və Britaniya vətəndaşını edam edam edəcəyi ilə təhdid edən “İslam Dövləti” qrupunun onları qorxuda bilməcəyini bildirib.

Con Kerri deyib ki, “İslam Dövləti” ilə mübraizədə həm hərbi, həm də humanitar yollardan istifadə ediləcəyini, eləcə də qrupun maliyyə mənbələrinin hədəf alınacağını deyib. ABŞ dövlət katibi qrupun Suriyada mövcudluğu məsələsinin də həll edilməli olduğuna işarə edib.

Dövlət katibi Kerri deyib ki, Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətin İŞİD-i məhv etmək qabiliyyətinə əmindir və bir neçə il tələb olunsa da bunun etməlidir.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG