Accessibility links

ABŞ qırıcı təyyarələri Cənubi Koreyaya göndərilib


Radardan yayına bilən F-22 tipli təyyarələr Yaponiyanın Okinava adasından havaya qalxıb

ABŞ-ın dörd qırıcı təyyarəsi Cənubi Koreya üzərində uçaraq bu yaxınlarda nüvə və ballistik silahlar sınaqdan keçirən Şimali Koreyaya qarşı gücünü nümayiş etdirib.

Radardan yayına bilən F-22 tipli təyyarələr Yaponiyanın Okinava adasından havaya qalxıb və bir neçə saat sonra Seul yaxınlığındakı Osan Hərbi Hava bazasında enib.

Bu missiya Pxenyanın uzunmənzilli raket sınağı keçirməsi və orbitə “Yer Kürəsinə Nəzarət Peyki” göndərdiyini bildirməsindən 10 gün sonra həyata keçirilib.

Beynəlxalq icitmaiyyət Pxenyanın bu addımlarını BMT-ninn rejimə qarşı uzun mənzilli raket sınaqlarına görə bundan əvvəl tətbiq etdiyi sanksiyaların pozulması kimi qınayıb.

ABŞ Dəniz Donanmasının hücumçu sualtı qayığı, USS North Carolina, birgə təlim məşqlərində iştirak etmək məqsədilə bazar ertəsi Cənubi Koreyaya gəlib. Yonhap xəbər agentliyi isə xəbər verir ki, nüvə enerjisi ilə işləyən John C. Stennis təyyarə daşıyan gəmi gələn ay ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi hərbi təlimlərə qatılacaq.

Ötən ay Şimali Koreya dördüncü nüvə sınağını keçirəndən sonra B-52 uzunmənzilli bombardmançı təyyarə Cənubi Koreya üzərində uçub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG