Accessibility links

ABŞ-Kuba münasibətləri Kastrodan sonra [Video]


ABŞ-Kuba münasibətlərinin gələcəyi necə olacaq
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Prezident Obamanın iki əvvəl ABŞ və Kuba arasında münasibətlərin normallaşdırılması səylərinə başlamasından sonra ötən ay Kubanın keçmiş lideri Fidel Kastronun ölümü ilə yeni administrasiyanın kommunist ölkə ilə münasibətləri necə quracağı haqda sualların yaranmasına səbəb olub. Yanvar ayında Donald Tramp hakimiyyətə gəldiyi zaman Respublikaçılar partiyası Konqresə nəzarəti ələ alacaq. Ekspertlər yeni administrasiyanın Kuba ilə bağlı siyasətində mümkün dəyişiklikləri təhlil edir.

Mayamidə Kastronun ölüm xəbəri Birləşmiş Ştatlar və Kuba arasında mürəkkəb münasibətlərdə emosional bir məqam kimi qarşılandı.

Vaşinqtonda Kapitolidəki qanunvericilər isə Fidel Kastronun ölümü ilə həqiqətən də dəyişikliklərin ola biləcəyi üzərində düşünməyə başlayıb.

Nyu Cersi ştatından respublikaçı konqresmen Kris Smit.

“Kuba xalqı bilməlidir ki, yaxşı düşünülməmiş, olduqca sadəlövh bir təcrübə uğursuzluğa uğrayıb və Birləşmiş Ştatlar həmrəylik əlaməti olaraq insan hüquqlarını müdafiə edənlərlə bir dayanacaq.”

Kubada insan hüquqları məsələsini prioritet edən konqresmen Kris Smit bildirib ki, böyük dəyişiklik Kastronun ölümü deyil, ABŞ-ın yeni prezidenti ilə başlaya bilər.

Kris Smit: “Fikrimcə, Donald Tramp ABŞ-Kuba münasibətlərində əsaslı dönüş yarada bilər. Bizim Kubada insan hüquqlarının durumu ilə bağlı siyasətimiz məzmunsuz və zəif olub.”

Respublikaçıların nəzarət edəcəyi Konqresdə yeni prezidentin kampaniya dövrü verdiyi vədlərin dəstəklənməsi üçün böyük işlər görülməsinə ehtiyac qalmayacaq.

Latın Amerikası üzrə ekspert Vilyam Leoqrande: “Əgər Tramp administrasiyası Obamanın təşəbbüslərini dəyişdirmək istəsə, prezidentin icraedici səlahiyyətlərindən istifadə edə bilər. Obama da eynilə bunu etmişdi.”

Lakin respublikaçıların hamısı böyük dəyişikliklərin olacağını gözləmir.

Arkanzas ştatından konqresmen Rik Krouford: “Mən prezident Obamanın bütün təşəbbüslərinin dəyişdirilməsi kimi bir reaksiyanın olacağını düşünmürəm. “

Konqresmen Krouford başqa həmkarları kimi hesab edir ki, ticarət Kuba xalqına kömək üçün ən yaxşı vasitələrdən biridir.

Rik Krouford: “Soyuq müharibə dövrünün yanaşmasını dəyişib, Kuba ilə böyük siyasi, sosial və mədəni dəyişikliklərin gücləndirilməsi və bu prosesin asanlaşdırılması üçün aktiv və təsirli şəkildə məşğul olmalıyıq.”

ABŞ-Kuba münasibətlərinin hansı istiqamətdə aparılacağından asılı olmayaraq, bir məsələ ayındır-Kastronun ölümü yeni bir dövrün açılmasından xəbər verir.

Vilyam Leoqrande: “Fidel Kastronun ölümü ABŞ-ın siyasətinə birbaşa təsir göstərməsə də, Kuba və Birləşmiş Ştatlar arasında ikitərəfli münasibətlərdəki atmosferi, ab-havanı dəyişdirir.”

XS
SM
MD
LG