Rusiya Birləşmiş Ştatlar hökumətinin maliyyələşdirdiyi doqquz xəbər agentliyinə onların “xarici agent” kimi səciyyələndirilə biləcəkləri ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Rusiya hökuməti bu addımı ABŞ-ın Kremlin sponsorlaşdırdığı RT (Russia Today) tele-kanalına qarşı Birləşmiş Ştatlarda xarici agent kimi qeydiyyatdan keçmək haqda tələbinə cavab olaraq atır.
Rusiyanın Ədliyyə nazirliyi cümə axşamı günü bunun Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu və Rusiyada fəal olan başqa yeddi regional xəbər agentliklərinə şamil olunaca biləcəkləri ilə bağlı xəbərdarlıq etdiyini bildirib.
Ədliyyə nazirliyi öz veb səhifəsində media qurumlarının adları və bununla bərabər öz bəyanatını yerləşdirib. Bəyanatda bu dəyişikliklərin yaxın zamanlarda qanun halını alacağı bildirilir.
Rusiya parlamentinin aşağı palatası Duma çərşənbə günü hökumətin xarici media qurumlarını xarici agent kimi qeydiyyata almasına imkan verən qanunu qəbul edib. Bu, 2012-ci ildə qəbul edilmiş qeyri-hökumət təşkilatlarına şamil edilən qanuna əlavələrdən ibarətdir. Xarici agent kimi qeydiyyatdan keçmək xarici media qurumundan müntəzəm olaraq öz məqsədlərini, maliyyə ilə bağlı, eləcə də maliyyə fondlarının mənbəyi və işçilərlə bağlı bütün detalları açıqlamasını tələb edir.
Amerikanın Səsi qanunla müstəqil, qərəzsiz, faktlara əsaslanan xəbər təşkilatıdır və biz öz prisiplərimizə sadiq qalacağıq.”Amerikanın Səsinin direktoru Amanda Bennett
Media qurumlarından Rusiyada sosial media və internet səhifələrində xarici agent kimi qeydiyyatdan keçdiklərini açıqlaması da tələb oluna bilər. Qanuna yeni dəyişikliklər Kremlin məqsədəuyğun hesab etmədiyi veb səhifələri məhkəmə qərarı olmadan blok etməsinə imkan yarada bilər.
“Bu məqamda Rusiya daxilində bizim xəbər toplamaq işimizə bunun nə qədər təsiri olacağını deyə bilmərik. Bircə onu deyə bilərik ki, Amerikanın Səsi qanunla müstəqil, qərəzsiz, faktlara əsaslanan xəbər təşkilatıdır və biz öz prisiplərimizə sadiq qalacağıq”, Amerikanın Səsinin direktoru Amanda Bennett bildirib.
Qanun bərabərliyi təmin etmir
Azad Avropa/Azadlıq Radiosunun prezidenti Tom Kent isə bildirib ki, yeni düzəlişlərin qanuni qüvvəyə minməsinə qədər “biz Ədliyyə nazirliyinin bu qanundan bizim işimizin kontekstində necə istifadə edəcəyini bilmirik.”
O deyib ki, Sputnik və Rusiyanın ABŞ-da fəaliyyət göstərən digər media qurumlarından fərqli olaraq Rusiyada fəaəliyyət göstərən Amerika media qurumları kabel televiziyası və radio tezliklərinə çıxış imkanına malik deyil.
“Rusiya mediası Birləşmiş Ştatlarda öz proqramlarını Amerikanın kabel televiziyasında yayımlayır. Sputnik Vaşinqtonda radio tezliklərinə malikdir. Bu o deməkdir ki, hazırkı məqamda da burada bərabərlik təmin olunmayıb”, Tom Kent bildirib.
Dumanın spikeri deyib ki, xarici agent kimi qeydiyyatdan keçməkdən imtina edən xarici media şirkətlərinin ölkədə yayımı qadağan olunacaq.
Amnesty International təşkilatı düzəlişlərin qanuni qüvvəyə mindiyi halda, bunun Rusiyada media azadlığına böyük zərbə olacağını bildirib.
Rusiya mediası Birləşmiş Ştatlarda öz proqramlarını Amerikanın kabel televiziyasında yayımlayır. Sputnik Vaşinqtonda radio tezliklərinə malikdir. Bu o deməkdir ki, hazırkı məqamda da burada bərabərlik təmin olunmayıb.Azad Avropa/Azadlıq Radiosunun prezidenti Tom Kent
Rusiya qanunu ABŞ-ın RT tele-kanalının Rusiya hökumətinin mandatı ilə 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etdiyinə dair ittihamlara cavab olaraq təsdiq edib. Tele-kanal bu ittihamları rədd edir.
Dumada qəbul edildikdən sonra sonra qanun Rusiya parlamentinin yuxarı palatasında təsdiq edilməli, bundan sonra isə imza atmaq üçün prezident Vladimir Putinə göndərilməlidir.
Kreml tərəfindən maliyyələşdirilən RT tele-kanalı qlobal məsələlərlə bağlı Rusiyanın mövqeyini təqdim edir. Tele-kanal bazar ertəsi günü ABŞ-ın Ədliyyə nazirliyinin tələbi ilə Birləşmiş Ştatlarda xarici agent kimi qeydiyyatdan keçdiyini bildirib.