Accessibility links

Hakerlər ABŞ-ın Mərkəzi Komandanlığının Tvitter və YouTube səhifələrinə hücum edib


ABŞ-ın Mərkəzi Komandanlığının Tvitter və YouTube səhifələri İslam Dövləti qrupunun tərəfdarları olduqlarını deyən hakerlərin hücumuna məruz qalıb.

Mərkəzi Komandanlığın Tvitter səhifəsində ABŞ əsgərlərinə İslam Dövləti qrupu adından “biz gəlirik, ehityatlı olun”xəbərdarlığı edilib.

Bundan sonra göndərilən tvitterlərdə ABŞ-ın hərbi rəsmilərinin telefon nömrələri, elektron poçt və ünvanları kimi məlumatların olduğu sənədlərin linkləri göstərilib. Səhifəni ələ keçirən hakerlər Çin və Şimali Koreyanın xəritələrini də tviterdə yerləşdiriblər.

Mərkəzi Komandanlıq Amerikanın Səsinə Tvitter və YouTube səhifələrinə haker hücumu olduğu təsdiq edib və lazımi ölçülərin götürüldüyünü bildirib. 30 dəqiqədən sonra Mərkəzi Komandanlığın Tvitter və YouTube səhifələrinin fəaliyyəti bərpa edilib.

XS
SM
MD
LG