Accessibility links

ABŞ-da prezident kitabxanaları


Prezident kitabxanaları
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Prezident kitabxanaları


Aprelin 25-də Texas ştatının Dallas şəhərində keçmiş prezident Corc Buşun adına kitabxana və muzeyin açılışı oldu. ABŞ prezidenti Barak Obama və Corc Buşun özü də daxil olmaqla, Birləşmiş Ştatarın dörd keçmiş prezidenti tədbirdə iştirak edib. 1933-cü ildə prezidentlik müddəti bitmiş Herbert Huverdən başlayaraq, ABŞ-ın müasir dövrdə bütün prezidentlərinin adına kitabxana mövcuddur.

ABŞ prezidenti Lindon Beyns Conson 1973-cü ildə vəfat etmişdir. Texas ştatının Ostin şəhərində muzeydə Lindon Consonun obrazını yaradan elektron fiqur ziyarətçiləri salamlayır.

Muzeyi ziyarət edənlər üçün belə şəkildə qarşılanma maraqlı görünür.

Lindon Conson kitabxana və muzeyinin bərpasına 10 milyon dollar vəsait xərclənib. Müasir kitabxana və muzeydə sərgilər kompyuterləşdirilib.

Ziyarətçilər prezident Consunun yazıya alınmış 640 saatlıq telefon söhbətlərini dinləyə bilər.

Lindon Conson 1962-ci ildə noyabrın 22-də prezident Con Kennediyə sui-qəsddən sonra prezident vəzifəsini icra etməyə başlamışdır.

Kitbxananın direktoru Mark Apdeqrov deyir ki, prezident kitabxanaları onları vəsf etmək deyil, əslində Amerika prezidentlərinin hakimiyyətdə olduğu dövr fəaliyyəti haqda tam təsəvvür yaratmaqdan ibarətdir: “Biz tarixi istiqamətləndirə və insanlara nə fikirləşməli olduqlarını deyə bilmərik, lakin biz onların nə iş gördükləri və bunun insanların həyatına hansı təsir qoyduğunu göstərmək istəyirik.”

Prezident kitabxanaları tarixi araşdırmaq üçün sənədlərlə tanış olmaq imkanı verir. Apdeqrov deyir ki, bu, demokratik cəmiyyətin açıqlığını nümayiş etdirir. O deyir ki, bu sənədlər insanlara məxsusdur, prezidentə məxsus deyil.

Ostin şəhəri yaxınlığında daha bir prezident kitabxana yerləşir. Bu, Corc Buşun atası Corc Herbert Buş adına kitabxanadır.

Başqa prezident kitabxanalarında olduğu kimi, burada da prezidentin kiçik kabinetinin görünüşü yaradılıb. Muzeyin direktoru Uorren Fitç deyir ki, bu, insanları özünə cəlb edir:“Bizim muzeylərdə əsas missiyamız ABŞ konstitusiyasının necə tətbiq edildiyi, hökumətin necə işlədiyi haqda məlumat verməkdən ibarətdir.

Müasir texnologiyalar kitabxanaların görüntülər və audio yazılarla təchiz edilməsinə imkan yaradır. Lakin Fitç deyir ki, bütün bu materiallarla işləmək asan deyil. Onun sözlərinə görə, burada milyonlarla foto-şəkil, on minlərlə audio və kaset var.

Prezident kitabxanalarının əsas funksiyası materialların və tarixi əhəmiyyətə malik sənədlərin saxlanmasından ibarət olsa da, kolleksiyaların böyük həcmi bu işi bir qədər çətinləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG