ABŞ-da prezidentlik uğrunda mübarizə qızışır. Ayovada seçicilərin prezidentliyə vahid namizəd seçmələri üçün keçiriləcək preymeriyə bir aydan az müddət qalıb. Diqqət mərkəzində isə bir çox namizəddən ibarət Respublikaçılar Partiyasıdır.
Hillari Klitonun rəqib kimi görmək istəyəcəyi ən son insan mənəm. İnanın mənə.Donald Trump
Milyarder daşınmaz əmlak maqnatı Donald Tramp 2016 Respublikaçılar arasında ən öndə gedən namizəd olub, amma indi onu rəy sorğularındakı dəstək rəqəmlərini səslərə çevirmək kimi çətin bir öhdəlik gözləyir.
"Hillari Klitonun rəqib kimi görmək istəyəcəyi ən son insan mənəm. İnanın mənə."
İndi artıq Ayova praymerisi yaxınlaşdığı üçünTramp televiziya reklamları üçün öz pulundan istifadə etməyə başlayıb.
“O, İŞİD-in başını tez kəsəcək, onların neftini alacaq, cənubi sərhədimizdə divar inşa edərək qanunsuz immiqrasiyanın qarşısını alacaq və bu divarın xərclərini də Meksika ödəyəcək.”
Texas senatoruTed Kruz Trampın ən əsas rəqibidir və Ayovadakı rəy sorğularında öndə gedir.
“Mən və debat səhnəsindəki digər kişi və qadınlar arasındakı ən böyük fərq odur ki, mən sizə nəyi isə edəcəyimi deyirəmsə, mən onu həqiqətən də edəcəm.”
Bir zamanlar seçicilərin sevimlisi olan Ceb Buş artqıq geri qalır, amma yenə də Trampı və onun təcrübəsizliyini hədəf alır.
Donald Tramp namizəd olmaq barədə ciddi deyil. O, əla siyasətçidir. O bu boşluğu doldurur. O, xaotik namizəddir və Birləşmiş Ştatların xaotik prezidenti ola bilər.”
Tramp, Kruz və Ben Karsonun rəqəmlərinin atması onu göstərir ki, Respublikaçllar kənar namizədlərə üstünlük veriblər.
“Bu il Respublikaçı isteblişmenti üçün yaxşı keçmir. Respublikaçı isteblişment Respublikaçı seçicilərə xitab edən heç nə təqdim etməyib.”
Bu il Respublikaçı isteblişmenti üçün yaxşı keçmir. Respublikaçı isteblişment Respublikaçı seçicilərə xitab edən heç nə təqdim etməyib.Allan Lichtman
Demokratlar tərəfindən isə Hillari Klinton favorit namizəd olaraq qalır və bəzən Trampa da söz atır.
“Biz xuliqanlara qarşı çıxmalıyıq və heç kəsin xuliqanlılıqla prezident seçilməsinə icazə verməməliyik, çünki biz amerikalılar xuliqan deyilik.”
Onun həyat yoldaşı sabiq prezident Bill Klinotn isə Hillarinin seçki kampaniyasında aktiv rol oynayır.
“Mənim yetişkinlik dövrümdə elə bir insan olmayıb ki, bu işə Hillari qədər hazır olsun.”
Klinton erkən seçkilərin keçiriləcəyi ştatlarda isə rəqibi Berni Sanders kimi böyük problemlə üzləşir.
“Siz qəzəbli olmalısınız ki, bütün yeni gəlir və sərvət yuxarıdakı 1 faizin əlində toplanır. Siz uşağınıza əlverişli uşaq bağçası tapmadığınıza və ya övladınızı universitetə göndərmək üçün maddi çətinlik çəkdiyinizə görə qəzəblənməlisiniz. Sizin qəzəblənməyinizə haqqınız var.”
İlkin prezident preymeriləri fevralın 1-də Ayovada, 8 gün sonra isə Nyu- Hempşirdə keçiriləcək.