Accessibility links

ABŞ Rusiyanın əlaqələrin kəsildiyinə dair iddiasını təkzib edir


ABŞ rəsmiləri Kremlin Vaşinqton və Moskva arasında əlaqələrin faktiki olaraq dondurulduğuna dair iddialarını təəssüf hissi ilə qarşılayıb.

“Mən də elə sizin qədər təəcübləndim”-deyə ABŞ dövlət katibi Con Kerri müxbirlərin Kremlin sözçüsü Dmitri Peskovun şərhləri ilə bağlı sualının cavabında bildirib.

Dövlət katibinin sözçüsü Con Körbi
Dövlət katibinin sözçüsü Con Körbi

Krem rəsmiləri bu iddia ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon söhbəti və Amerika və Rusiya hərbi rəsmilərinin Suriya ilə bağlı keçirdiyi video-konfransından sonra çıxış ediblər.

“Dialoq kəsilməyib. Əlaqələr də dondurulmayıb”-deyə Dövlət Departamentinin sözçüsü Con Körbi bildirib.

“Vaşinqton dialoq və ələqələrə sadiq qalır”, Körbi əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

ABŞ rəsmiləri Rusiya ilə gərginliklərin artdığı dövrdə ciddi fikir ayrılıqlarının mövcud olduğunu etiraf ediblər. Buraya Moskvanın Suriya hökumətinin üsyançılara qarşı qəddar hücumlarından tutmuş Rusiyanın ABŞ prezident seçkilərinə iddia edilən müdaxiləsi kim məsələlər aiddir.

Kremlin sözçüsü Peskov Rusiyanın Mir televiziyasına müsahibə zamanı deyib ki, Birləşmiş Ştatlarla “demək olar bütün səviyyələrdə dialoq kəsilib”. O həmçinin prezident seçilmiş Donald Trampın yeni administrasiyasnın “daha yeni və konstruktiv yanaşma” tətbiq edəcəyini gözlədiyini deyib.

XS
SM
MD
LG