Accessibility links

Rusiyanın Suriyada apardığı iddialı xarici siyasət ABŞ maraqları ilə toqquşur [Video]


Rusiyanın Suriyada apardığı iddialı xarici siyasət ABŞ maraqları ilə toqquşur
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Rusiyanın Suriyada apardığı iddialı xarici siyasət ABŞ maraqları ilə toqquşur

Bazar günü Rusiyada İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Bundan əlavə isə ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfərindən bir neçə gün sonra orada Əfqanıstanla bağlı beynəlxalq kofrans da baş tutub. Rusiyanın Suriya və Əfqanıstanda apardığı iddalı xarici siyasəti ABŞ maraqları ilə toqquşsa da, təhlilçilər regionda razılaşdırılmış sülhün əldə edilməsi üçün hər iki ölkənin iştirakının vacib olduğunu deyir.

Biz aprelin 4-də Xan Şeyxunda kimyəvi silahlardan istifadə ilə bağlı hərtərəfli, obyektiv və qərəzsiz təhqiqatın aparılmasını təkid edirik
Sergey Lavrov

Moskvada İran, Rusiya və Suriyanın xarici işlər naziri birlik göstərərək, ABŞ-ın Suriyadakı bazaya hava hücumunu qınayıb.

Onlar ABŞ-ın Suriyanın kimyəvi silahdan istifadə etdiyinə dair ittihamları ilə bağlı təhqiqatın aparılmasına çağırıb. Rusiya kimyəvi silahların üsyançılarda olduğunu iddia edir.

“Biz aprelin 4-də Xan Şeyxunda kimyəvi silahlardan istifadə ilə bağlı hərtərəfli, obyektiv və qərəzsiz təhqiqatın aparılmasını təkid edirik”, deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya və İran, Suriya hökümət qüvvələri ilə birlikdə İslam Dövləti qrupu və başqa cihadçılar, eyni zamanda isə Birləşmiş Ştatların dəstəklədiyi Suriya üsyançılarına qarşı döyüşür.

Lavrovun kəskin ifadəsi ABŞ dövlət katibi Reks Tillersonun Suriya prezidenti Bəşər əl-Əsədi dəstəkləməyə davam edən Rusiyaya səfərindən bir neçə gün sonraya təsadüf edir.

“Məncə hətta Tramp administrasiyasına belə aydındır ki, Rusiyanın əməkdaşlığı olmadan nə Suriya nə Əfqanıstanda hər hansı bir irəliləyiş və ya anlamlı nəticə əldə etmək qeyri-mümkündür”, deyə Moskva Beynəlxalq Əlaqələr İnstitutundan Viktor Mizin bildirir.

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əl-Əsəd
Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əl-Əsəd

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri terrorçuların aktiv olduğu Suriya və Əfqanıstanda İslam Dövləti qrupuna qarşı döyüşür.

Rusiya isə ekstremist qruplar və narkotik ticarətinə qarşı mübarizə aparan minlərlə rusun təhlükəsizliyindən narahatdır.

Müasir Əfqanıstanla bağlı Araşdırmalar Mərkəzindən Dmitri Verxoturov:“ Əlbəttə ki, Suriya və Əfqanıstan məsələlərində əməkdaşlıq etmək hər zaman mümkündür. Amma mənim nəzərimdə bu əməkdaşlığın baş tutması üçün əsas amil odur ki, həm Rusiya həm də ABŞ qarşılıqlı olaraq hər iki tərəfin müstəqil mövqeyə sahib olmaq və müstəqil siyasət yürütməyə haqqının olduğunu dərk etməlidir.”

Cümə axşamı ABŞ Əfqanıstanda İŞİD-ə aid tunel şəbəkələrinə böyük bomba atıb.

Rusiyanın orada daha aktiv rol oynamaq təşəbbüsü Birləşmiş Ştatalar tərəfindən şübhəli ilə qarşılanır. Rusiyanın Talibana hərbi və pul təchizatı, onların Talibanla əlaqələri ilə bağlı spekulyasiyalar və bizim Pakistanla münasibətləri normallaşdırmamız Birləşmiş Ştatlara şübhəli gəlir.
Pyotr Topiçkanov

Bu, Moskva Çin, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya nümayəndələri ilə Əfqanıstanda sabitliyin təmin olunması ilə bağlı üçüncü raund danışıqlar keçirəndən sonraya təsadüf edir.

Karneqi Moskva Mərkəzindən Pyotr Topiçkanov deyir ki, “Rusiyanın orada daha aktiv rol oynamaq təşəbbüsü Birləşmiş Ştatalar tərəfindən şübhəli ilə qarşılanır. Rusiyanın Talibana hərbi və pul təchizatı, onların Talibanla əlaqələri ilə bağlı spekulyasiyalar və bizim Pakistanla münasibətləri normallaşdırmamız Birləşmiş Ştatlara şübhəli gəlir”.

Rusiyanın Talibanla əlaqəsinin Taliban döyüşçülərini legitimləşdirəcəyindən narahat olan ABŞ hələ ki, bağlı qapılar arxasında aparılan danışıqlarda iştirak etməkdən imtina edir.

XS
SM
MD
LG