Accessibility links

ABŞ Rusiyanı din azadlığına hörmət etməyə çağırır


ABŞ Rusiyanın Yehovanın Şahidləri qrupunun fəaliyyətinin qadağan edilməsinə dair qərar qəbul etməsini qınayıb. Dövlət Departamenti Rusiyanı qadağanı yenidən nəzərdən keçirməyə şağırıb.

Rusiyanın Ali Məhkəməsi bazar ertəsi günü bundan öncə Yehovanın Şahidləri-nin ekstremist qrup kimi səciyyələndirilməsi ilə bağlı apellyasiya müraciətini təmin etməyib. Ali Məhkəmə xristian qrupun Rusiya ərazisində dərhal ləğv olunması haqda qərar çıxarıb.

Yehovanın Şahidləri qrupunun üzvləri Moskvada məhkəmə zalında, aprel 2017
Yehovanın Şahidləri qrupunun üzvləri Moskvada məhkəmə zalında, aprel 2017

Dövlət Departamentinin bəyanatında deyilir: “Dini azlıqlar Rusiya Federasiyasının konstitusiyasında nəzərdə tutulduğu kimi din və toplaşma azadlığından bəhrələnə bilməlidir.”

Dini azlıqlar Rusiya Federasiyasının konstitusiyasında nəzərdə tutulduğu kimi din və toplaşma azadlığından bəhrələnə bilməlidir.
ABŞ Dövlət Departamenti

Dövlət Departamenti Rusiya rəsmilərini Yehovanın Şahidlərinin Rusiyada fəaliyyətinə qoyulan qadağanı götürməyə və dini azlıqda olan qrupun ədalətsiz şəkildə “ekstremist fəaliyyətlərinə” görə saxlanmış üzvlərini azad etməyə çağırıb.

Rusiya hökuməti dini qrupun nifrət zəminində hissləri təşviq edən vərəqlər yaydığında israr edir. Bunlar arasında Lev Tolstoyun Rusiya Pravoslav kilsəsinin tənqidləri ilə bağlı vərəqələr qeyd edilir.

Rusiyada Yehovanın Şahidləri qrupunun 175 minə qədər üzvü olduğu bildirilir.

XS
SM
MD
LG