Accessibility links

ABŞ-ın bir neçə ştatında erkən seçkilər keçirilir


ABŞ-da prezident seçkilərinə iki həftə qalmış bir neçə ştatda erkən seçkilər keçirilir.

Dünən Demokrat namizəd Hillari Klinton və respublikaçı namizəd Donald Trampın qələbəsində mühüm rol oynaya bilən iki böyük ştatda-Texas və Floridada seçkilər keçirilib.

Alyaska, Arkanzas və Massaçusetsdə də seçicilər səslərini verib.

22 ştat və Kolumbiya mahalı seçicilər üçün şəxsi səsvermə imkanı yaradıb.

Başqa ştatlarda səslər poçt vasitəsi ilə verilib.

Pyu Araşdrıma Mərkəzinin son rəy sorğularının nəticələri erkən seçkilərdə 50 milyondan artıq insanın iştirak edəcəyini göstərir. İlk dəfə belə bir göstərici ilə qeydə alınan seçici fəallığı ümumi sələrin 3-də 1 hissəsini təşkil edə bilər.

Seçkilərdə 130 milyon insanın iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG