Accessibility links

Respublikaçılar Trampın Rusiya ilə kiber təhlükəsizliyi planını kəskin tənqid edir


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə kiber təhlükəsiziyinə dair qrupun yaradılması planın müzakir etdiyini bildirib. Respublikaçılar bu planı kəskin tənqid edərək bildiriblər ki, Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsindən sonra Moskvaya etibar edilməməlidir.

Vladimir Putinlə cümə günü görüşdən sonra Tvitter səhifəsində mesajında Tramp Suriyada atəşkəslə bağlı əldə edilmiş razılığa işarə edərək yazıb ki, Moskva ilə konstruktiv şəkildə işləmək vaxtıdır. ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs bazar günü günorta qüvvəyə minib.

“Putin və mən seçki hakerliyi və bir sıra başqa neqativ hallara nəzarət edilib təhlükəsizliyin müdafiəsi məqsədilə kiber təhlükəsizlik birləşməsinin yaradılması məsələsini müzakirə etmişik”, Tramp Tvitter səhifəsində yazıb.

Senatın Silahlı Qüvvələr komitəsində Cənubi Karolina ştatından nüfuzlu respublikaçı senator Lindsi Qraham və Florida ştatından respublikaçı senator Marko Rubio bu ideyanı kəskin tənqidlərə məruz qoyub.

Senator Lindsi Qraham
Senator Lindsi Qraham

“Bu, mənim indiyə qədər eşitdiyim ən mənasız ideya olmasa da buna yaxındır”, senator Qraham NBC tele kanalına müsahibəsində deyib. O bildirib ki, Trampın “bağışlamaq və unutmaq” istəyi onun Rusiyaya qarşı sanksiyalara dair qanunvericiliyin qəbul edilməsində qətiyyətini çətinləşdirir.

Senator Marko Rubio isə Tvitter səhifəsində yazıb: “Reallıq və praqmatizm bizim Vladimir Putinlə əlaqə saxlamağımızı tələb etsə də, o heç vaxt etibarlı müttəfiq və etibarlı konstruktiv tərəfdaş ola bilməz.”

Senator Marko Rubio
Senator Marko Rubio

“Putinlə kiber təhlükəsizlik birləşməsi məsələsində əməkdaşlıq Suriya prezidenti Bəşar Əsədlə “kimyəvi silahlar birləşməsi” sahəsində əməkdaşlığa oxşayır”, Marko Rubio əlavə edib.

Tramp seçki kampaniyası dövrü Moskva ilə yaxınlaşma tərəfdarı olduğunu desə də, Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi və onun kampaniya qərargahının üzvləri və Rusiya rəsmiləri ilə təmaslarla əlaqədar təhqiqatlara görə bunu həyata keçirə bilməyib.

Təhqiqatla əlaqədar Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller xüsusi vəkil təyin edilib. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın komitələri təhqiqatlar aparır.

Moskva seçkilərə müdaxilə ilə bağlı iddiaları rədd edir.

Tramp isə kampaniya qərargahının üzvlərinin Rusiya ilə təmasları olmadığını bildirir.

XS
SM
MD
LG