Accessibility links

Milli Təhlükəsizlik 2016-cl il ABŞ prezident seçkisinin əsas mövzusuna çevrilir


2016-cı il ABŞ prezident seçki kampaniyasında terrorizm mövzusu
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Parisdə terror hücumlarından sonra xarici siyasət və milli təhlükəsizlik məsələləri 2016-cı il ABŞ prezident seçki kampaniyasının əsas mövzularına çevrilib. Hər iki partiyadan namizədlər terror təhlükəsi ilə bağlı mövqelərini bildiriblər.

Paris sakinləri şəhəri sarsıdan terror hücumlarının təsiri altındadır.

Hücumlar ABŞ-da prezident seçki kampaniyasının da diqqət mərkəzindədir. Respublikaçı namizəd Donald Tramp:

“Zəiflik göstərir ki, zəif və qeyri-effektiv olduğunuzda pis işlər baş verir.”

Donald Tramp kimi digər respublikaçı namizədlər Marko Rubi və Ben Karson da prezidentin Suriyadan 10 min qaçqının qəbul edilməsi planının əleyhinə çıxıb.

Marko Rubio: “Siz 10 min adama icazə verirsiniz, onların 9 min 999-u zülmdən qaçan insanlardır, biri isə təlim almış İŞİD döyüşçüsü. Bu, böyük problemdir.”

Ben Karson: “Mən ideoloji baxımdan Amerika ideallarına qarşı olan insanların buraya gətirilməsinin tərəfdarı deyiləm.”

Lakin demokrat namizəd Berni Sanders bunun mərhəmət məsələsi olduğunu deyir:”Yüz minlərlə insan hər şeyi itirəndə və yalnız bir köynəkdə qalanda biz Suriya və Əfqanıstandan qaçqınlara arxamızı çevirə bilmərik.”

Milli təhlükəsizlik məsələsi demokrat namizədlərin keçmiş Dövlət katibi Hillari Klintonun da iştirak etdiyi debatlarında əsas diqqət mərkəzində idi.

Hillari Klinton: “Biz İŞİD-ə beynəlxalq terror şəbəkəsində əsas təhlükə kimi baxmalıyıq. Onun qarşısının alınması deyil, onu məğlub etmək lazımdır.”

Respublikaçılar arasında Tramp və Karson rəy sorğularına görə irəlidədir. Lakin təhlilçi Çarli Kuk deyir ki, terrorizmlə bağlı yeni narahatlıqlar seçicilərin daha təcrübəli namizədlərə üz tutmasına səbəb ola bilər.

Çarli Kuk: “Respublikaçılar partiyasından nominasiyanı kim alacaq? Kim ümumi seçkilərdə qələbə çalacaq? Bütün bu problemləri həll etmək üçün kimin ali baş komandan olmasını istəyirsiniz?”

Təhlilçilərin fikrincə, Paris hücumlarının miqyası nəzərə alındıqda, milli təhlükəsizlik məsələsi qarşıdan gələn həftələr seçki debatlarında əsas yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG