Accessibility links

Müdafiə naziri Mattis: ABŞ Şimali Koreya ilə artan gərginliyin dinc yolla həllinə üstünlük verir


ABŞ-ın müdafiə naziri Cim Mattis

ABŞ-ın müdafiə naziri Cim Mattis Pxenyanın prezident Trampın Twitter səhifəsindəki mesajın müharibə elan edilməsinə bərabər olduğunu iddia etməsinə baxmayaraq, Birləşmiş Ştatların Şimali Koreya ilə artan gərginliyin dinc yolla həllinə üstünlük verdiyini vurğulayıb.

Mattis bu açıqlamanı Hindistan rəsmiləri ilə ABŞ və Hindistan arasında ələqalərin gücləndirilməsinə dair danışıqlar aparmaq üçün Dehlidə olduğu zaman bildirib. O deyib ki, Şimali Koreyanın təhdidlərinin qarşısını almaq üçün ABŞ-ın Koreya yarımadasında hərbi mövcuduğunun zəruri olmasına baxmayaraq, Birləşmiş Ştatlar münaqişənin dinc yolla həllində diplomatik səyləri dəstəkləyir.

“Bizim məqsədimiz məsələnin diplomatik yolla həllindən ibarətdir və mən inanıram ki, prezident Tramp bunu aydın edib”, Mattis Hindistanın müdafiə naziri ilə görüşdən sonra deyib.

ABŞ-ın müdafiə naziri Cim Mattis və Hindistanın müdafiə naziri Nirmala Sitharaman
ABŞ-ın müdafiə naziri Cim Mattis və Hindistanın müdafiə naziri Nirmala Sitharaman

ABŞ dövlət katibi Reks Tillerson da ABŞ-ın diplomatik səyləri dəvam etdirəcəyini və məsələnin bu yolla çözülə biləcəyinə ümid etdiyni vurğulayıb.

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho deyib ki, onun ölkəsi prezident Trampın Twitter-də “Şimal təhdidlərə davam edərsə, Pxenyan rejimi uzun müddət mövcud olmayacaq” mesajını paylaşmasını müharibə elanı kimi qiymətləndirir.

“Bunu Birləşmiş Ştatların prezidenti kürsüsünü tutan bir nəfərin dediyini nəzərə alsaq, bu, açıq-aydın müharibənin elan edilməsidir”, Ri Nyu Yorkda müxbirlərə bildirib.

Ağ Ev ABŞ-ın Pxenyanla müharibə aparmadığını bildirib və Şimali Koreyanın yüksək rütbəli diplomatının iddiasını cəfəngiyyat adlandırıb.

Ağ Evin mətbuat katibi eyni zamanda, Şimali Koreyanın beynəlxalq sular üzərində uçan istənilən xarici təyyarənin vurulacağı ilə bağlı təhdidlərinin ciddi qəbul edilmədiyini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG