Accessibility links

ABŞ-ın Şimali Koreyaya preventiv zərbəsi Seulu təhlükə altına ala bilər


Seul Şimali Koreyanın minlərlə artilleriya mərmisisi altındadır. Yüzlərlə güclü partlayıcı maddə Cənubi Koreya paytaxtının yüksək sıxlığı olan yerlərində partlayır. Raket zərbələri Yaponiya və Quam yaxınlığına çatır.

Bunlar ABŞ-ın və Cənubi Koreyanın hərbi planlaşdırma orqanlarının hücum nüvə arsenalının yaradılması istiqamətində inamla irəliliyən Pxenyanın qarşısını saxlamaq üçün preventiv hücumu nəzərdən keçirdiyi vaxt diqqət verilməli olan mümkün nəticələrdir.

ABŞ prezidenti Donald Trampın administrasiyası sələfinin Şimali Koreyaya münasibətdə “strateji təmkin” siyasətinə son qoyulduğunu dəfələrlə bildirib. Tramp administrasiyası Şimali Koreyanın ABŞ-a çata biləcək nüvə başlıqlı qitələrarası ballistik raketlər istehsalı inkişaf etdirməsinin qarşısını almaq məqsədilə preventiv hücumun mümkünlüyünə yol verə biləcəyinə işarə edib.

Bu ritorikadan əlavə, ABŞ-ın 150 “Tomahavk” tipli qanadlı raket daşıya bilən sualtı gəmisi Cənubi Koreya limanına daxil olub. USS Karl Vinson təyyarə daşıyan gəmisi də daxil olmaqla hərbi gəmilər Yaponiya və Cənubi Koreyanın hərbi dəniz qüvvələrinin təlimlərində iştirak edərək, regiona istiqamət götürüb. Bununla yanaşı, Birləmiş Ştatlar bu həftə THAAD hərbi hava müdafiə sisteminin elementlərinin Seuldan 250 kilometr cənubda yerləşdirilməsinə başlayır.

Lakin təhlilçilər bildirir ki, ABŞ-ın hər hansı ilk hücumu yüksək risklərlə müşayiət oluna bilər. ABŞ-ın bir, ya da bir neçə nüvə və ya raket obyektinin məhv edilməsi məqsədilə dəqiq raket zərbəsi Şimali Koreyanın ölkənin müxtəlif yerlərində məhkəmləndirilmiş yeraltı obyetklərinin məhvi və zəiflədilməsi üçün kifayət olmaya bilər.

Lakin ABŞ-ın preventiv hücumu tam əminliklə Şimali Koreyanın Cənubi Koreyaya qarşı hücumuna səbəb ola bilər.

Şimali Koreyanın 21 mindən çox artilleriya silahı var. Əsasən Cənubi Koreya ilə sərhəddə yerləşdirilən bu silahlar Seulun özündə və ətrafında yaşayan 25 milyon insanın həyatın; təhlükə altında qoya bilər. Cənubi Koreya paytaxtı sərhəddən 56 kilometrlik məsafədə yerləşir.

Şimali Koreyanın hərbi arsenalında həmçinin Cənubi Koreya, Yaponiya və ABŞ-ın Quamda hərbi bazasına çata biləcək mindən çox ballistik raket var.

Hələlik Şimali Koreya miniatür nüvə başlıqlarının raketə yerləşdirə bilmək qabiliyyətini nümayiş etdirə bilməyib. Lakin ABŞ və Cənubi Koreya rəsmiləri Pxenyanın iki min kilometerlik məsafədən bir ton başlıq ata bilən “Nodonq” raketinə malik olduğuna inandıqlarını bildirir. Bu, Cənubi Koreya, Yaponiyanın böyük hissəsi və Rusiya və Çinin bir hissəsini əhatə edə bilər.

XS
SM
MD
LG