Accessibility links

Şimali Koreya: ABŞ-la nə nüvə proqramı, nə də insan haqlarına dair danışıqlar aparılmayacaq


Şimali Koreya Vaşinqtonun kommunist rejimini devirməyə cəhd etdiyini deyərək, ABŞ-la nə nüvə proqramı, nə də insan haqlarına dair danışıqlar keçirilməyəcəyini bildirib.

Bu açıqlama BMT-nin Pxenyanın insan haqlarını pozduğuna görə Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini tövsiyə edən qətnamə layihəsi ilə əlaqədar olaraq verilib. Yeni BMT qətnaməsində Pxenyan insanlığa qarşı cinayətlərdə ittiham edilib.

Yaponiya və Avropa İttifaqı qeyri-məcburi qətnaməni BMT-nin Baş Assambleyasına təqdim etməyə hazırlaşır. ABŞ bu cəhdi dəstəkləyir.

Şimali Koreyanın xarici işlər nazirliyinin mətbuat katibi ABŞ-ı insan haqları adı ilə Pxenyanın dövlət və sosial sistemini çökdürmək siyasəti yürütməkdə ittiham edib.

Mətbuat katibi 2005-ci ildə imzalanan razılaşmaya istinad edərək bildirib ki, ABŞ və Şimali Koreya bir-birinin suverenliyinə hörmət etməyə və dinc yanaşı yaşamaq haqda razılıq əldə edib.

Dövlət rəsmisi bildirib ki, ABŞ-ın son əməlləri bu razılaşmanı ləğv edib, və o, həmçinin əlavə edib ki, nüvəsiz Koreya yarımadası fikri artıq tamamən mənasızdır.

2005-ci il razılaşmasına əsasən Şimali Koreya nüvə silahı proqramını dayandırmağa razı olub. Lakin 2009-cu ildə rəsmi Pxenyan layihəni bərpa edib və altı ölkənin iştirak etdiyi danışıqları tərk edib.

Şimali Koreya rəsmiləri danışıqları bərpa etmək istədiklərini ifadə ediblər, lakin ABŞ Şimali Koreyanın ilk addım olaraq nüvə gücündən imtina etmək istədiyini nümayiş etdirməyənə qədər danışıqların baş tutmayacağına israr edir.

XS
SM
MD
LG