Accessibility links

ABŞ Somalidə İŞİD-in hədəflərinə zərbə endirib


ABŞ hərbi qüvvələrinin Somali hökuməti ilə ekstremistlərə qarşı koordinasiyalaşdırdığı hava hücumu zamanı bir terrorçu qətlə yetirilib. Bu haqda Birləşmiş Ştatların hərbi qüvvələri məlumat verib.

ABŞ-ın Afrika Komandanlığının bəyanatına əsasən, İŞİD döyüşçülərinə qarşı hücum Somalinin şimal-şərqində yerli vaxtla günorta saat 3-də keçirilib.

“ABŞ hərbi qüvvələri Birləşmiş Ştatlar vətəndaşlarını müdafiə etmək və terror təhlükələrini aradan qaldırmaq üçün bütün səlahiyyətli və münasib tədbirlərindən hamısından istifadə etməyə davam edəcək. Buraya AMISOM və Somali Milli Təhlükəsizlik Qüvvələri ilə əməkdaşlıq edərək birgə əks-terror əməliyyatları və terrorçuların, onların təlim düşərgələrinin və Somalidə və bütün regionda sığınacaqlarının hədəf alınması daxildir”, bəyanatda deyilir.

ABŞ hərbi qüvvələri Birləşmiş Ştatlar vətəndaşlarını müdafiə etmək və terror təhlükələrini aradan qaldırmaq üçün bütün səlahiyyətli və münasib tədbirlərindən hamısından istifadə etməyə davam edəcək.

Bazar günü hücumla ABŞ-ın bu il Somalida keçirdiyi hücumların sayı 30-a çatır. Bu hücumların 28-i Əl-Şəbab qrupuna qarşı keçirilib. Bugünkü hücumun hədəfi İŞİD olub. Birinci dəfə İŞİD ekstremistlərinə qarşı hücum bu ayın əvvəli keçirilib.

Hava hücumlarının intensivləşdirilməsi və hökumət qüvvələri və militantlar arasında döyüşlərin yenidən başlaması nəticəsində Somalidə 10 min nəfərdən çox insan öz yerlərindən didərgin düşüb. Bunu Norveç Qaçqınlar Şurası bildirib.

Şuranın bəyanatında bildirilir ki, Şabell regionunda quruda döyüşlər nəticəsində minlərlə insan məcburi köçkün olub.

BMT-yə əsasən, Somali əhalisinin yarısının ölkənin bəzi hissələrində quraqlıqla əlaqədar humanitar yardıma ehtiyacı var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG