Accessibility links

ABŞ Suriyada kimyəvi hücumla bağlı yeni məlumatları dərin narahatlıqla qarşılayıb


Suriyada müxalif fəallar və xilasetmə işçiləri bildirib ki, Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şəhərdə kimyəvi hücum nəticəsində azı 40 nəfər ölüb. Suriya hökuməti bu iddiaları rədd edib.

Duma şəhərində kimyəvi silahlardan Suriya hökumət qüvvələrinin atəşkəs razılığı baş tutmadıqdan sonra keçirdiyi hücum zamanı istifadə edildiyi ehtimal edilir.

Kimyəvi hücumla bağlı verilmiş məlumatların müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün olmayıb.

Birləşmiş Ştatlar Rusiyanı Suriya hökumətinə dəstəyə dərhal son qoymağa və kimyəvi hücumlardan gələcəkdə istifadə edilməsinə yol verməmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə çağırıb.

Rusiya rejimə güclü dəstək verməklə son nəticədə çox sayda mülki vətəndaşı hədəf alan kimyəvi silahların tətbiq edilməsi ilə belə qəddar hücumlara görə məsuliyyət daşıyır.
Heather Nauert

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatda Birləşmiş Ştatların aprelin 7-i Suriyanın Duma şəhərində kimyəvi silahlardan yenidən istifadə edildiyinə dair verilmiş məlumatları yaxından izlədiyini bildirib.

“Rusiya rejimə güclü dəstək verməklə son nəticədə çox sayda mülki vətəndaşı hədəf alan kimyəvi silahların tətbiq edilməsi ilə belə qəddar hücumlara görə məsuliyyət daşıyır”, Nauertin verdiyi bəyanatda deyilir.

Rusiya Duma şəhərində insan ölümünə səbəb olan kimyəvi hücum haqda məlumatları rədd edib.

Ağ Dəbilqələr

Müxalifətlə bağlı olan Ağ Dəbilqələr kimi tanınan xilasetmə qrupu kimyəvi hücum haqda məlumat verərək, insanların evləri və sığınacaqlarda boğulduğu hallarını müşahidə etdiyini bildirib. Qrupun bildirdiyinə görə, qazdan boğulma nəticəsində ölən insanların sayı 40-dan artıqdır. Qrup insanlarda göz bəbəklərinin böyüməsi və ağızdan köpüklənmə kimi kimyəvi qazdan zəhərlənmənin əlamətlərini müşahidə etdiyi haqda məlumat verib. Onların açıqladığı bəyanatda ərazidə xlora bənzər iyin hiss edildiyi deyilir. Bu, sarin qazından istifadə edildiyi zaman müşahidə edilən simptomlara bənzəyir.

Ağ Dəbilqələr qrupunun internetdə yerləşdirdiyi video görüntülərdə hadisə qurbanları, o cümlədən oksigen maskaları vasitəsilə nəfəs alan körpələr nümayiş etdirilir.

Həftə sonu döyüşlər Qutada bəzi üsyançı qüvvələrin Hələbdən şimal-şərqdə üsyançıların nəzarətində olan ərazilər təhlükəs keçid haqda təklifi qəbul etməsindən sonra aparılıb.

Suriya hərbi qüvvələrinin Duma şəhərinə qurudan və havadan hücuma keçməsi ilə atəşkəs cümə günü bitib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG