Accessibility links

ABŞ, Tokio, Seul və Pekin Şimali Koreyanın raket sınağını pisləyib


Şimali Koreya qeyri-standart yüksək ballistik trayektoriya üzrə raket sınağı keçirib. Bunun 4500 kilometr məsafəni qət etmək qabiliyyətinə malik olan, maye yanacaqla işləyən yeni tipli iki pilləli raket ola bildiyinə işarə olduğu deyilir.

Ağ Evin açıqladığı bəyanatda bildirilir ki, bu sınaq "bütün ölkələrə Şimali Koreyaya qarşı daha güclü sanksiyaların tətbiq edilməsinin vacibliyinə dair siqnal olmalıdır".

Yaponiya və Cənubi Koreya da Şimali Koreyanın hərəkətini region üçün ciddi təhlükə kimi pisləyərək, bunun BMT-nin Pxenyanın silah proqramları ilə bağlı qətnamələrinin pozulması olduğunu bildirib.

İnsanlar Seulda dəmir yolu vağzalında televiziyada Şimali Koreyanın raket sınağı keçirdiyi haqda xəbərləri izləyir
İnsanlar Seulda dəmir yolu vağzalında televiziyada Şimali Koreyanın raket sınağı keçirdiyi haqda xəbərləri izləyir

Yaponiyanın baş naziri Şinzo Abe idarəsinin bildirdiyinə görə, o, hökumətə "bütün mümkün gözlənilməz vəziyyətlərə hazır olmaq" haqda göstəriş verib.

"Belə bir raket sınağı bizim ölkə üçün ciddi təhlükədir. Müdafiə naziri və özünümüdafiə qüvvələri məlumatları toplayıb təhlil edərək, Birləşmiş Ştatlar və Cənubi Koreya ilə sıx əlaqədə işləməyə davam edir. Biz ölkəmizdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mümkün hər şeyi edəcəyik", Yaponiyanın müdafiə naziri Tomomi İnada Tokioda müxbirlərə deyib.

Belə bir raket sınağı bizim ölkə üçün ciddi təhlükədir.

O izah edib ki, ola bilsin söhbət yeni tipli raketdən gedir. Raket yüksək trayektoriya üzrə atılıb, daha sonra isə iki min kilometr yüksəkliyə qalxaraq, 700 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb. Raketin uçuşu 30 dəqiqə davam edib.

Çin regionda gərginliyin artmasına yol verməmək üçün təmkinə çağırıb. Xarici İşlər nazirliyi Pxenyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasına etirazını bildirib.

Pekində beynəlxalq sammitdə iştirak edən Rusiya prezidenti Vladimir Putin Kremlin sözçüsünün bildirdiyinə görə, raket sınağı və gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG