Accessibility links

ABŞ və Türkiyə rəsmiləri münasibətlərdə gərginliyin azaldılması məqsədilə danışıqlar keçirəcək


ABŞ və Türkiyə rəsmiləri NATO üzrə iki müttəfiq ölkə arasında münasibətlərdə gərginliyin azaldılması məqsədilə cümə axşamı günü danışıqlar keçirəcək.

Danışıqlar iki ölkə arasında fikir ayrılıqlarının ünvanlanması məqsədilə keçirilməsi nəzərdə tutulan görüşlər silsiləsinin bir hissəsidir. Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu danışıqların nəticələrinin iktərəfli münasibətlərin gələcəyini müəyyən edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Müzakirələrin diqqət mərkəzində Türkiyə və ABŞ arasında gərginliyin əsas mənbəyi olan Birləşmiş Ştatların Suriyada İŞİD-ə qarşı mübarizədə kürd döyüşçülərinin YPG birləşməsinə dəstəyi məsələsidir. Ankara kürd döyşüçülərini Türkiyənin daxilində on illərdir silahlı üsyan edən terrorçularla əlaqədar olmaqda ittiham edir.

Türkiyə silahlı qüvvələrinin əsgəri Afrin və Suriya ilə sərhəddə Türkiyənin nəzarətində olan Azaz şəhəri arasındakı Bursaya təpəliyində Türkiyə bayrağını dalğalandırır.
Türkiyə silahlı qüvvələrinin əsgəri Afrin və Suriya ilə sərhəddə Türkiyənin nəzarətində olan Azaz şəhəri arasındakı Bursaya təpəliyində Türkiyə bayrağını dalğalandırır.

Ekspertlər Vaşinqtonun YPG ilə münasibətdə mövqeyi ilə əlaqədar olaraq danışıqların mürəkkəb xarakter daşıyacağı ilə bağlı xəbərdarlıq edir.

Ankara ABŞ prezidenti Donald Trampın münaqişənin həlli yolunu tapacağına ümid edir.

Türkiyənin diplomatik və prezident idarəsinə yaxın mənbələri ikitərəfli münasibətlərdə gərginliyə görə Pentaqonu günahlandırır və Trampın mövcud gərginliyin azaldılması üçün daha yaxşı imkan yarada biləcəyinə inanır.

Türkiyənin Suriyanın Afrin regionunda YPG kürd yaraqlılarına qarşı hərbi əməliyyatları ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. Vaşinqton “Zeytun budağı” adlanan əməliyyata qarşı çıxış edərək, bunun İŞİD-ə qarşı mübarizə səylərinə mane olduğunu bildirir.

Ankara xəbərdarlıq edib ki, ““Zeytun budağı” əməliyyatının növbəti hədəfi Suriyanın YPG döyüşçüləri ilə yanaşı ABŞ hərbi qüvvələrinin yerəşdirildiyi Manbic şəhəri ola bilər.

XS
SM
MD
LG