Accessibility links

Amerikalı dənizçilərə hücum türklərin ABŞ-a qəzəbini göstərir [Təhlil]


Türkiyə prokurorları İstanbulda üç amerikalı dənizçini döyən 12 millətçini azadlığa buraxıblar

Türkiyə ittihamçıları çərşənbə axşamı İstanbulda üç amerikalı dənizçini döyən 12 millətçini dünən azadlığa buraxıblar. Bu insident ABŞ vise-prezideni Cozef Baydenin Türkiyəyə səfəri və ABŞ-Türkiyə münasibətlərinin gərgin olduğu ərəfədə baş verib. Dorian Cons İstanbuldan xəbər verir.

Türkiyə rəsmiləri dünən 12 millətçini azadlığa buraxıblar və onlara qarşı ittihamları ləğv ediblər. Hücumçular üç amerikalı dənizçiyə hücum edib, itələyib və anti-amerikan şüarlar səsləndirərək, üzərlərinə boya atdıqları üçün polis tərəfindən saxlanılmışdılar. USS Ross adlı eskadra mina gəmisinin dənizçiləri xətər almadan vəziyyətdən çıxa biliblər. Onlar hal-hazırda İstanbulda səfərdədirlər.

Co Bayden
Co Bayden

Turkiyənin Taraf qəzetinin və Al-Monitor veb-səhifəsinin diplomatik köşə yazarı Semih İdiz bildirir ki, bu hücum və rəsmilərin reaksiyası pisləşən ABŞ – Türkiyə münasibətlərinin göstəricisidir.

“Türkiyədə xalq və siyasətçilər arasında belə bir ümumi fikir formalaşıb ki, Amerika regionda sadəcə öz maraqlarını güdür, və regiondakı ölkələrin maraqlarını nəzərə almır. Nəzərə alsaq ki, Türkiyə əsasən İslam ölkəsidir, burada belə bir fikir də formalaşıb ki, Amerika ümumiyyətlə İslama qarşıdır. Mən düşünürəm ki, bunları birləşdirəndə biz bu məsələdə olduğu kimi belə davranışlarla və hücumçulara qarşı tolerantlıqla qarşılaşırıq.”

Elə görünür ki, Türkiyə Gənclər Birliyi adlanan radikal millətçi qrupu tərəfindən həyata keçirilən bu hücum fəallar tərəfindən diqqət çəkmək üçün təşkil olunub. Bu hücum etirazçı qrupun üzvləri tərəfindən videoya çəkilib və onlar dənizçilərin üstünə ingilis dilində qışqırıblar.

Türkiyədə xalq və siyasətçilər arasında belə bir ümumi fikir formalaşıb ki, Amerika regionda sadəcə öz maraqlarını güdür,
Semih İdiz

​“Hücumçular amerikalıları mərkəzi İstanbulda əhatə edib, onların başlarına torba keçiriblər. Dənizçilər torbalardan qurtulub təhlükəsizliyə doğru qaçanda, etirazçılar onların arxasınca “Yankilər, evinizə qayıdın!,” deyə bağırıblar.

Vaşinqton rəsmiləri bu hadisəyə tez münasibət bildiriblər. Pentaqon bildirib ki, bu, “quldurlar” tərəfindən həyata keçirilən çox çirkin bir hücumdur.

Dövlət Departamenti bu insidenti “yolverilməz” adlandırdığından bir neçə saat sonra türk hücumçuları azad olunublar.

Dövlət Departameninin mətbuat katibi Cen Psaki:

“Biz dinc etiraz haqqını dəstləkləyirik, lakin bu hadisə artıq normaları aşaraq dinc etirazdan zorakılıq və etirazlara dönüb. ABŞ rəsmiləri Türkiyə rəsmiləri ilə birlikdə bu insidenti araşdırmaq üçün işləyirlər.”

Vaşinqtonun etirazına baxmayaraq, Türkiyə tərəfindən insidentə münasibət susqun olub. Ankarada yerləşən xarici işlər nazirliyi təəssüfünü bildirən qısa bəyanat yayıb.

Diplomatik müşahidəçilər bildirirlər ki, vise-prezident Baydenin gələn həftə Türkiyəyə baş tutacaq səfəri zamanı Vaşinqton məsələni təqib etməyəcək.

Vaşinqton İslam Dövlətinə qarşı müharibənin çərçivəsində Ankaranın hərbi bazalarını açmağı üçün təzyiq göstərir, lakin Türkiyə höküməti İslam radikallarına qarşı ABŞ-ın başçılıq etdiyi kampaniyanı tənqid edir. Ankara ABŞ müttəfiqlərinin hərbi əməliyyatlarına Dəməşqdə Əsəd rejimi və İslam Dövləti döyüşçülərinə qarşı mübarizənin də daxil olmasını istəyir.

ABŞ-da fəaliyyət göstərən Pew Araşdırma Mərkəzi bildirir ki, onların hesabatında Türkiyədə anti-amerikan hisslərin artdığı və əhalinin 70 faizinin bu hissləri paylaşdığı göstərilir.

Hökümətin bu insidentə yumşaq münasibəti bu cür hadisələrin baş verməsini təşviq edir. Bu hal Türkiyədə geniş yayılmış anti-amerikanizm kimi izah oluna bilər.
Semih İdiz

Köşə yazarı İdiz diplomatik səylərin Vaşinqtonla Ankara arasındakı münasibətləri ört-basdır edəcəyi, lakin dərin antaqonizmin qalacağını gözləyir. O, amerikalı dənizçilərə qarşı hücumu narahatedici tendesiyanın hissəsi kimi görür.

“Bu ilk insident deyil. Mən hesab edirdim ki, amerikalılar belə insidentlərin baş vermə ehtimalından xəbərdar idilər və mən ümid edirəm ki, onlar bundan sonra daha da hazır olacaqlar, çünki belə bir hadisənin təkrarlanması mümkündür. Hökümətin bu insidentə yumşaq münasibəti bu cür hadisələrin baş verməsini təşviq edir. Bu hal Türkiyədə geniş yayılmış anti-amerikanizm kimi izah oluna bilər. Bu, faktdır ki, Türkiyədə siyasətçilər də bu haldan sui-isifadə edirlər.”

Müşahidəçilər güman edirlər ki, iyunda keçirələcək ümumi seçkilər və ictimai arenada uğur görən anti-amerikanizm fonunda Amerikaya qarşı ictimai ikrah və siyasi bəd məram bir müddət davam edəcək.

XS
SM
MD
LG