Accessibility links

Yaponiya ABŞ-ın yapon dövlət rəsmilərini izləməsinə dair iddialardan narahatdır


Yaponiyanın baş naziri Şinzo Abe ABŞ-ın yüksək səviyyəli hökumət rəsmiləri və biznesmenləri izlədiyinə dair iddialarla bağlı ciddi narahatlığını bildirib.

Yaponiyanın yüksək səviyyəli hökumət sözçüsü Yoşihide Şuqa bildirib ki, baş nazir Abe ABŞ-ın vitse prezidenti Co Baydenlə telefon söhbətində məsələ ilə bağlı təhqiqatın aparılmasına çağırıb.

Yoşihide Şuqa Baydenin məsələ ilə bağlı üzr istədiyini və hadisənin Yaponiyada debatlara səbəb olduğunu bildirib. O, Co Baydenin casusluq edildiyini etiraf edib-etməməsi haqda bir söz deməyib.

WikiLeaks ötən həftə ABŞ-ın Yaponiyada 35 şirkət, hökumət nazirlikləri və fərdi şəxsləri izlədiyi barədə sənədlər dərc edib.

WikiLeaks yazır ki, ABŞ-Yaponiya münasibətləri, ticarət danışıqları və iqlim dəyişikliyi strategiyası izlənmənin əsas mövzuları olub.

Sənədlərdə deyilir ki, izləmə 2006-cı ildən baş nazir Abenin birinci dönəm hakimiyyətdə olduğu müddətdə başlayıb.

Ağ Evin açıqladığı bəyanatda bildirilib ki, telefon söhbəti zamanı Co Bayden cənab Abeyə Birləşmiş Ştatların ABŞ-Yaponiya münasibətlərinə dair öhdəliyə ciddi yanaşdığını deyib və davamlı əməkdaşlığa görə baş nazirə təşəkkür edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG