Accessibility links

ABŞ-da işsizlik səviyyəsi 5 faizə enib [Video]


ABŞ-da işsizlik səviyyəsi 5 faizə enib
please wait

No media source currently available

0:00 0:02:17 0:00

ABŞ-da işsizlik səviyyəsi 5 faizə enib

İşzilik səviyyəsi 5.3 faizlə 2008-ci ilin aprel ayından bəri ən aşağı səviyyədədir.

İyun ayında da ABŞ-da iş yerlərinin artdığı qeydə alınıb. Ötən ay 223 min yeni iş yeri əlavə edilib. Bu rəqəm gözləntilərdən aşağı olsa da, işsizlik səviyyəsinin son yeddi ildə ən aşağı səviyyəyə çatdırılmasına nail olmaq üçün güclü göstəricidir. Lakin bir problem hələ də qalır, bu da əmək haqqı minimumudur.

Artıq 64 aydır özəl sektorda iş artımı qeydə alınır ki, bu yeni rekorddur. Ümumilikdə 12,8 milyon yeni iş yeri açılıb

ABŞ işzilik səviyyəsi 5.3 faizlə 2008-ci ilin aprel ayından bəri ən aşağı səviyyədədir. Lakin təhlilçilər deyir ki, bunun səbəbi daha az amerikalının iş axtarmasıdır. Bununla belə saat hesabı əmək haqlarının artmaması ümidverici deyil. PNC Maliyyə Xidmətləri şirkətinin nümayədəsi Qas Foşer Amerikanın Səsinə bildirib ki, iş yerlərinə daha təcrübəli işçilərin götürülməsi üçün rəqabət bunun dəyişməsinə gətirib çıxaracaq.

“Məncə, iqtisadiyyat bərpa olunmağa davam etdikdə və əmək bazarı gücləndikdə biz əmək haqlarında da artım müşahidə edəcəyik.”

Minimum əmək haqqının aşağı olmasına baxmayaraq, prezident Barak Obama Viskonsin Universitetinin tələbələrinə 2009-cu ildə prezidentliyə başlayanda işsizlik səviyyəsinin 10 faiz olduğunu və 12 milyon insanın işsiz qaldığını xatırladıb.

“Artıq 64 aydır özəl sektorda iş artımı qeydə alınır ki, bu yeni rekorddur. Ümumilikdə 12,8 milyon yeni iş yeri açılıb. Bu, yaxşı göstəricidir. Lakin görülməli çox iş var, çünki biz insanların əmək haqqları və maaşlarını da artırmalıyıq. Biz insanlara zəhmətin nəticə verdiyini hiss etdirməliyik.”

iqtisadiyyat bərpa olunmağa davam etdikdə və əmək bazarı gücləndikdə biz əmək haqlarında da artım müşahidə edəcəyik

Ən çox yeni iş yeri artımı biznes xidmətlərində, səhiyyə və pərakəndə satış sektorunda qeydə alınıb, lakin istehsalvə inşaat sahələrində bu rəqəm çox aşağı olub. Buna baxmayaraq, iş yerlərinin artması ABŞ-ın Mərkəzi Bankının sentyabr ayından başlayaraq faiz dərəclərini artırması üçün kifayət ola kömək bilər, deyə Statndard and Poor’s şirkətinin baş iqtisadçısı Bet An Bovino bildirir.

ABŞ-ın Mərkəzi Bankı borc xərclərini azaltmaq və biznes sahələrinə investisiyasını artırmaq üçün 2008-ci ildən bəri qısamüddətli faiz dərəcələrini 0-a yaxın səviyyədə saxlayıb. Mərkəzi Bankın sentyabrda keçiriləcək böyük iclasından öncə iş yerləri ilə bağlı daha iki hesabat dərc ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG