Accessibility links

ABŞ və Çin rəsmiləri Vaşinqtonda stratejik danışıqlara başlayıblar [Video]


ABŞ və Çin rəsmiləri Vaşinqtonda stratejik danışıqlara başlayıblar
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Dəyirmi masa ətrafında bir araya gələn ABŞ və Çin nümayəndələri bir çox təhlükəsizlik məsələləri barədə ilk dəfə müzakirəyə başlayıblar.

Danışıqlar Şimali Koreyada 1 ildən çox həbsdə qalan amerikalı tələbə Otto Varmbierin ölümündən bir neçə gün sonraya təsadüf edib.

Müdafiə naziri Ceyms Matis Varmbierin ölümünə istinad göstərərək Şimali Koreya rejimini “qanunlardan kənar hərəkət” etməkdə günahlandırıb.

Çərşənbə günü keçirilən görüşlərdə iştirak edən dövlət katibi Reks Tillerson, Şimali Koreyanın yaratdığı qlobal təhdidlərə qarşı Pekinin rolunun gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Danışıqlar Cənubi Çin dənizində davam edən ərazi mübahisələri səbəbindən Asiya-Sakit Okean bölgəsində yaranan gərginliklərlə üst-üstə düşüb.

Rəsmilər terrorizmlə mübarizədə əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, İraqın İŞİD-ə qarşı döyüşlərində Çinin dəstəyinə ümid etdiklərini bildiriblər.

Bu il Prezident Donald Trampın Pekinə gözlənilən səfərindən öncə ABŞ-la Çin arasındakı əlaqələrin müzakirəsi hər iki ölkə üçün prioritet məsələ olaraq qalır.

Cənubi Koreya prezidenti Mun Je-nin Donald Tramp ilə gələn həftə gözlənilən zirvə görüşü davamlı əməkdaşlıq üçün yeni imkanlar vəd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG