Accessibility links

ABŞ-la Rusiya arasında kibertəhlükəsizlik paktı


Amerika Birləşmiş Ştatları və Rusiya kibertəhlükəsizlik paktını imzalayıb. Ağ Evin açıqladığı birgə bəyanatda Birləşmiş Ştatlar prezidenti Barak Obama və rusiyalı həmkarı Vladimir Putin paktı iki ölkənin təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edən sənəd adlandırıb.

Dünən Şimali İrlandiyada Böyük Səkkizlərin sammitində imzalanan sazişin məqsədi mümkün insidentlər barədə birbaşa və ani təmas yaratmaqla, kiberməkanda münaqişə riskini azaltmaqdır. İki ölkə arasında kiber təlimlər və şübhəli fəaliyyətlər haqda məlumatların mübadiləsi üçün ilk dəfə Soyuq Müharibə dövründə yaradılmış kanaldan
istifadə ediləcək.

Bu müqavilə siyasi, hərbi və terror təhlükəsini, eləcə də kriminal fəaliyyəti əhatə edir.
Digər kanal Amerika və Rusiya Daxili Təhlükəsizlik Nazirlikləri arasında texniki məlumatların mübadilesi üçün istifadə olunacaq. Şəxsi məlumatlar cıxarılması istisna olunsa da, şəbəkələrin təhlükəli fəaliyyəti haqda məlumat daşıyan internet protokol adresləri paylaşılacaqdır.

Amerika Birləşmiş Ştatları və Rusiya hərbi münaqişə haqqında qanunun kiberməkanda tətbiq olunmasını daha əvvəl qəbul edib. Bu yaxınlarda Çin də bu prinsiplə razı olduğuna işarə etmişdi. Qeyri-rəsmi məlumata görə, Amerika rəsmiləri təkbətək görüşlərdə eyni paktın Çin ilə bağlanmasını istəyiblər.
XS
SM
MD
LG