Accessibility links

Bin Ladenin kürəkəni ömürlük həbs cəzasına məhkum edilib


Bin Ladenin kürəkəni 2001-ci ildə Birləşmiş Ştatlara qarşı 3 min insanın ölümülə nəticələnən terror hücumlarından sonra Əl-Qaidə terror şəbəkəsinin sözçüsü kimi roluna görə ömürlük həbs cəzasına məhkum edilib.

Nyu Yorkda məhkəmənin hakimi Lyus Kaplan 48 yaşlı Süleyman Əbu Qeysin peşmanlıq hissi keçirmədiyini deyib. Hakim bildirib ki, Əbu Qeys Əl-Qaidənin amerikalıları öldürmək kimi məqsədini həyata keçirmək üçün hər bir şeyi etməyə hazır olduğuna inanır.

Hökmün çıxarılmasından öncə ərəb dilində danışan Əbu Qeys Allahdan başqa heç kəsdən mərhəmət gözləmədiyini deyib. O deyib ki, onu məhkum etməklə hakim “yüzlərlə gənc müsəlmanın əl-qolunu açır”.

Əbu Qeys amerikalıları qətlə yetirmək və terrorçulara dəstək verməkdə günahkar tanınıb.

Prokurorlar Əbu Qeysin Bin Ladenin 11 sentyabr terror hücumlarına bənzər hücumların həyata keçirilməsi üçün Əl-Qaidə sıralarına davamçıların cəlb edilməsi haqda müraciətini həyata keçirdiyini bildiriblər.

Məhkəmədə iştirak edən hakimlər 2001-ci ildə sentyabrın 12-də Bin Ladenilə birlikdə əyləşərək bir gün öncə baş vermiş terror hücumlarına bəraət qazandırdığını göstərən videoya tamaşa edib.

XS
SM
MD
LG