Accessibility links

Xroniki ağrılar - Akupunktura müalicəsi [Video]


Xroniki ağrılar - Akupunktura müalicəsi
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Opioiddən asılılıq Birləşmiş Ştatlarda böhran halını alıb. Ekspertlərin dediyinə görə, 2 milyondan çox amerikalı ağrıkəsici dərmanlardan asılıdır. Lakin opioidlərdən asılı insanlara çinlilərin iynə ilə Akupunktura müalicə üsulu təklif edilir.

Hər iynə belində və ayağında xroniki ağrıları olan David Ramsinin ağrılarını azaldır. O, Akupunktura müalicəsinə yıxılaraq ağır zədə aldıqdan və opioidlərdən asılı olduqdan sonra başlayıb. “Mən ağrılarımın kəsilməsi üçün Oxicotin, Oksikodon və morfindən istifadə edirdim” deyə, David Ramsi bildirir.

Akupunktura ilə müalicəyə başladıqdan sonra o, ilk dəfə opioid həblərindən istifadəsiz yaşaya bilir. “Akupunkturanın mənə təsirləri …. Birincisi, ağrılarım azalıb. İkincisi, bu müalicə ilə mən ümumiyyətlə özümü yaxşı hiss edirəm.”

Opioidlərə alternativ tapmaq istəyən həkimlərin çoxu ağrının kəsilməsi üçün qədim Çin texnikasından istifadənin daha yaxşı yol olduğunu söyləyən akupunkturistlərə müraciət edir. Akupunkturist Cared Vest: “Bizə opioidləri əvəz edəcək bir şey lazım idi və Akupunktura onları əvəz edir.”

Rod-Aylanddakı “Veteran İşləri üzrə Departament”də opioidlər əvəzinə Akupunkturadan istifadə edilir. Veteran Harri Qarsia ağrılarının azalması üçün bu yeni müalicədən istifadə edir. Ağrılarının kəsilməsi üçün iynələr onun qulaqlarına sancılır və bir neçə gün orada qalır. Veteran Harri Qarsia: “Mən daha yaxşı gəzə bilirəm, ağrılarım da azalıb. Buna görə də mən bu müalicədən aylardır istifadə edirəm.”

Veteranlar iynə-sancması müalicəsini almaq üçün mərkəzə həftədə bir dəfə gəlir. Doktor Pol Pirraqlia: “Ümumiyyətlə digər əhali ilə müqayisədə, orduda xidmətlərinə görə veteranların ağrısı daha çox olur. Biz onlar üçün farmokoloji deyil, başqa yollar axtarırıq.”

Lakin bəzi tibb mütəxəssisləri Akupunktura müalicəsinin xroniki ağrıları olanlara opioidlər qədər effektiv olacağından şübhə edirlər. "Akupunktura müalicəsində plasibo, yəni özünü inandırma effekti də var” deyə, doktor Ankit Maneşvari bildirir.

Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzinə istinadən bildirilir ki, hər gün Amerikada opioid dərmanlarından yüksək dozada istifadə etmə səbəbindən 115 nəfər ölür. Çox guman ki, Akupunktura dərinləşməkdə olan bu böhrandan daha çox insanın həyatının xilas edilməsi yollarından biri olacaq.

XS
SM
MD
LG