Accessibility links

Adanada polisləri daşıyan avtobus partladılıb


Yerli qubernatorluqdan verilən məlumata görə, cümə günü Adananın cənubunda türk polis işçilərini daşıyan avtobusda bomba partlayışı nəticəsində bir polis məmuru da daxil olmaqla, 5 nəfər yüngül yaralanıb.

Yerli mediada Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Adananın Yuregir mahalında piyada keçid körpüsünün altında zibil və digər zədələnmiş nəqliyyat vasitələri ilə əhatə olunmuş avtobusun videosu yayılıb.

Yaralıların vəziyyəti yaxşıdır, partlayışla əlaqədar istintaq aparılır.

Təhlükəsizlik mənbələri təcili yardım avtomobillərinin yaralıları bölgədəki xəstəxanalara apardıqlarını söyləyib. Silahlı polis ərazini möhürləyib və hadisə yerinə baxış keçirib. Hücumun kim tərəfindən törədildiyi bəlli deyil.

Əvvəllər kürd, islamçı və solçu yaraqlılar Türkiyədə bomba hücumları həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG