Accessibility links

Adelin özəl həyatı hər kəsi maraqlandırır


Adelin fərdi həyat yaşamasını xoşladığını hər kəs bilir. Amma bəlkə onun həyatında ictimayyətdən gizlətmək istədiyi sirri var.

Adel müğənni Corc Mayklın geyimindəki şəklini Tvitter hesabında bölüşüb və bu sözləri yazıb “Ad günü arzularınıza görə sağ olun. Gözəl vaxt keçirdim. Mən öz qəhrəmanım idim.”

Hətta bundan sonra Corc özü bu tvitterə görə təşəkkürünü bildirib.

İctimayyət arasına nadir hallarda çıxan 27 yaşlı müğənni 22 milyon izləyicisinə onu görmək imkanı yaradıb.

Sözsüz Adel ana olduqdan sonra qayğısı artıb. Adel sevgilisi Simon Koneki ilə münasibətlərinin əla olduğunu deyir.

Amma pərəstişkarları Adelin yeni mahnılar yaradacağına da ümüd edir. Belə ki, o, 2011-ci ildən bəri albom buraxmayıb.

Nəzərə alsaq ki, Oskar mükafatının qalibi dünya boyu albomunun 11 milyon nüsxəsini satıb, onun yaradıcılıq işlərində tələsməməsinin səbəbini başa düşmək olar.

XS
SM
MD
LG