Accessibility links

ADNA-dakı qətliamdan 9 il ötür


ADNA-da terror qurbanlarının anım mərasimi
ADNA-da terror qurbanlarının anım mərasimi

Bu gün keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) korpuslarının birində qətliamdan 9 il ötür. İstintaq materiallarına əsasən, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan F.Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildirib.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyası yeni - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adı altında fəaliyyətini davam etdirir. ADNSU-nun rəhbərliyi keçən ilin fevralında terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG