Accessibility links

Adolf Hitlerin müavini Rudolf Hessin qalıqları qəbirdən çıxarılıb


Adolf Hitlerin müavini Rudolf Hessin qalıqları qəbirdən çıxarılıb
Adolf Hitlerin müavini Rudolf Hessin qalıqları qəbirdən çıxarılıb

Neo-nasistlərin pirinə çevriləndən sonra Adolf Hitlerin kiçik Bavariya şəhərində dəfn edilmiş müavini Rudolf Hessin qalıqları qəbirdən çıxarılıb. Çərşənbə günü səhər tezdən Vonsaydel qəbiristanlığından çıxarılan qalıqların yandırılacağı, külünün isə naməlum yerdə suya töküləcəyi deyilir. Bu barədə razılığa Hessin qohumları və Luterian kilsəsi gəlib.

Hess Hitlerin razılığı olmadan 1941-ci ildə sülh missiyası ilə Şotlandiyada paraşütla enərkən ələ keçirilmiş və müharibənin sonunadək həbsdə saxlanmışdı. 1946-cı ildə isə Nürnberq məhkəməsi onu ömürlük həbs cəzasına məhkum etmişdi. 93 yaşlı Hess 1987-ci ildə Berlinin Şpandau həbsxanasında özünü asmışdı.

XS
SM
MD
LG