Accessibility links

Əfqanıstanda şiə məscidinə hücum olub


Əllərində tüfəng olan iki intiharçının cümə namazı zamanı Əfqanıstanın şərq bölgəsindəki şiə məscidinə hücumu zamanı azı 22 nəfər ölüb, 60 çox insan yaralanıb.

Patika vilayəti polis idarəsinin rəisi Raz Məhəmməd Məndozain dediyinə görə, paytaxt Qardezdəki məscidə daxil olan intiharçılar özlərini partlatmazdan əvvəl dindarları atəşə tutub.

Regionun səhiyyə idarəsinin direktoru Vilayət Xan Əhmədzai Amerikanın Səsinə yaralananların şəhərin iki xəstəxanasına yerləşdirildiyini deyib.

Pakistanla sərhəddə yerləşən Patika vilayətindəki hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Başqa bir xəbərdə isə bildirilib ki, Əfqanıstanın hərbi qüvvələri Helmənd vilayətində Talibanın nəzarətində olan həbsxanada reyd keçirərək, 61 məhbusu azad edib.

Reydlə bağlı məlumatı təsdiq edən regional hərbi qüvvələrin komandiri Kajaki mahalındakı həbsxanadan azad edilənlərin çoxunun mülki vətəndaşlar olduğunu bildirib. General Vəli Məhəmməd Əhmədzai azad edilənlər arasında aylardır Talibanın əsir saxladığı insanların da olduğunu deyib.

General eləcə də, reyd zamanı qeyri-qanuni həbsxananı mühafizə edən yaraqlılar arasında ölənlər və yaralananların olduğunu, qalanlarının isə nəzarət altına alındığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG