Accessibility links

BMT-nin Baş katibi Əfqanıstanda Talibana: Hücumları dayandırın


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş cümə günü Taliban qruplaşmasını hərbi hücumlarını dərhal dayandırmağa, Əfqanıstan və xalqı naminə xoş niyyətlə danışıqlar aparmağa çağırıb.

"Beynəlxalq ictimaiyyətin müharibə yolunda olanlara mesajı aydın olmalıdır: hakimiyyəti hərbi güclə ələ keçirmək məğlubiyyətdir" - deyə, Quterreş jurnalistlərə bildirib.

"Bu, yalnız uzun sürən vətəndaş müharibəsinə və ya Əfqanıstanın tamamilə təcrid olunmasına səbəb ola bilər" - deyə, BMT-nın baş katibi əlavə edib.

O, Talibanın Əfqanıstanın 34 vilayət paytaxtının təxminən yarısını ələ keçirdiyi və diqqəti paytaxt Kabilə yönəltdiyi bir vaxt ölkədə vəziyyətin "nəzarətdən çıxdığını" deyib.

"Şəhər ərazilərində davamlı qarşıdurma, mülki vətəndaşların ən yüksək bədəl ödədiyi qırğınların davam etməsi demək olacaq" - Quterreş xəbərdarlıq edib. O, tərəfləri mülki əhalinin müdafiəsi üçün daha çox iş görməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatı son bir ayda xüsusilə də Helmənd, Qəndəhar və Herat vilayətlərindəki hücumlar nəticəsində 1000-dən çox mülki vətəndaşın öldüyünü və ya yaralandığını bildirir.

Təxminən dörddə bir milyon insan döyüşlər nəticəsində didərgin düşüb.

"Yalnız Əfqanıstanın rəhbərlik etdiyi siyasi həll yolu sülhü təmin edilə bilər" deyən Baş katib Taliban və hökumət nümayəndələri arasında substantiv müzakirələrə çağırıb.

Tərəflər arasında danışıqlar Qətərin paytaxtı Dohada aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG