Accessibility links

ABŞ-ın niyə məhz Əfqanıstanda nəhəng bombadan istifadə etməsi suallar doğurur


Prezident Donald Tramp ABŞ-ın Əfqanıstanın Nanqarhar vilayətində həyata keçirdiyi bomba hücumunu alqışlayıb.

“Bu, daha bir uğurdur. Son 8 həftə ərzində baş verənlərə və son 8 ildə olanlara nəzər salsaq böyük bir dəyişiklik görərik”- deyə prezident bildirib.

İslam Dövləti son illər Əfqanıstanda kök salmağa başlayıb. Qrup bir sıra qanlı hücumların məsuliyyətini üzərinə alıb.

Bu, daha bir uğurdur. Son 8 həftə ərzində baş verənlərə və son 8 ildə olanlara nəzər salsaq böyük bir dəyişiklik görərik

​Bu hücumlar arasında ötən ay 30-dan çox adamın ölümü 80 nəfərin yaralanması ilə nəticələnən hərbi xəstəxanaya hücum da yer alır.

Lakin İŞİD-in 2014-cü ildə ilk dəfə İraq və Suriyada müşahidə edilməsi ilə müqayisədə Əfqanıstanda qrup o qədər də güclü deyil.

Buna görə də bütün bomabların anası hesab edilən 10 min kiloqramlıq MOAB bombasının Əfqanıstana salınması suallar doğurub.

Rand Corp təşkilatının siyasi araşdırmaçısı Rebekka Zimmermanın fikirincə, Əfqanıstanın qərb bölgəsində bu bombadan istifadə edilməsi mülki əhali arasında tələfata yol verilməməsi məqsədi daşıyıb.

ABŞ-ın İslam Dövləti qrupunun hədəflərinə qarşı bombadan itifadə etməsi nəticəsində ölənlərin sayı üç dəfə artıqdır.

Rəsmilər bombanın partlaması nəticəsində cümə günü elan edildiyi kimi 36 deyil, 92 yaraqlının qətlə yetirildiyini bildirib.

Ölənlər arasında mülki vətəndaşlar və ya hərbi personalın olduğuna işarə yoxdur.

Əfqanıstan prezidenti Əşrəf Qani Əfqanıstan və ABŞ hərbi qüvvələrinin bomba hücumu koordinasiyalaşdırdığını deyib.

ABŞ hərbi qüvvələri öz arsenalındakı ən qüdrətli qeyri-nüvə bombasından Əfqanıstanda İŞİD-in yeraltı kompleksinin məhv edilməsi məqsədilə cümə axşamı istifadə edib.

“Bu silahdan Suriya, İraq və digər bölgələrdə istifadə edilə bilməz. çünki bu ölkələrdə əhali sız yaşayır. Əfqanıstanda isə belə deyil”, Zimmerman bildirib.

Digər təhlilçilər isə deyir ki, MOAB qurğusu İŞİD-in mövqeyini hədəf alması ABŞ-ın hərbi qüdrətinin nümayişi məqsədi daşıdığını deyir.

Hərbi Dəniz Məktəbinin direktoru Tomas Consonun fikrincə isə bombanın İŞİD-ə böyük təsiri olmayacaq.

“Hücum rəmzi xarakter daşıyır. Bu, Əfqanıstandansa daha çox daxili siyasi təsirə malik olacaq”, Conson deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG