Accessibility links

İtaliya National Geographic-in yaşıl gözlü "əfqan qız"ına sığınacaq verir


İtaliyanın baş nazir Mario Draqinin ofisi cümə axşamı bildirib ki, National Geographic-in 1985-ci ildə çəkdiyi fotoşəkillə ölkəsini müharibələrinin simvoluna çevrilən yaşıl gözlü "əfqan qız" Şərbət Qulaya təhlükəsiz sığınacaq verib.

Məlumatda deyilir ki, Qula avqust ayında Talibanım ölkəni ələ keçirməsi ilə Əfqanıstanı tərk etmək üçün kömək istəməsindən sonra hökumət müdaxilə edib və onun gəlişinin Əfqanıstan vətəndaşlarının təxliyəsi və inteqrasiyası üçün daha geniş proqramın bir hissəsi olduğu bildirilib.

Amerikalı fotoqraf Stiv Makkarri Qulamın şəklini Pakistan-Əfqanıstan sərhədindəki qaçqın düşərgəsində gənc ikən çəkib.

Vəhşilik və ağrı qarışığına baxan heyrətləndirici yaşıl gözləri onu beynəlxalq aləmdə tanıtsa da, onun şəxsiyyəti yalnız 2002-ci ildə Makkarri bölgəyə qayıdıb onun izinə düşdüyü zaman aşkar edilib.

2016-cı ildə Pakistan Qulanı ölkədə yaşamaq üçün saxta milli şəxsiyyət vəsiqəsi hazırladığına görə həbs etmişdi.

Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani onu qarşılamış, “vətənində ləyaqət və təhlükəsizliklə yaşamasını” təmin etmək üçün ona mənzil verəcəyini vəd etmişdi.

Taliban liderləri hakimiyyəti ələ keçirdikdən sonra şəriət və ya İslam qanunlarına uyğun olaraq qadınların hüquqlarına hörmət edəcəklərini bildirib. Amma 1996-cı ildən 2001-ci ilə qədər Taliban hakimiyyəti altında qadınlar işləyə bilmirdilər və qızların məktəbə getməsi qadağan edilirdi. Qadınlar evdən çıxarkən üzlərini örtməli və kişi qohumunun müşayiətində olmalı idilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG