Accessibility links

Əfqanıstanın Xoş vilayəti məscidində güclü partlayış olub


Əfqanıstanın Xoş vilayəti məscidində güclü partlayış olub. 17 nəfər ölüb, 33 adam xəsarət alıb.

Hücum əksəriyyəti hindistanlı olmaqla, 7 mühəndisin girov götürülməsindən sonra baş verib.

Yerli polis idarəsinin rəisi Əbdül Hanan Amerikanın Səsinə tələfatın baş verdiyini təsdiq edərək, ölənlərin sayının artcağının ehtimal ediliyini bildirib. Onun dediyinə görə, əvvəlcə hücumun intiharçı tərəfindən həyata keçirildiyi bildirilsə də, partlayış yerə basdırılmış qurğunun işə düşməsi ilə baş verib.

Hücumun məsuliyyətini üzrinə alan yoxdur. Taliban bununla heç bir əlaqəsi olmadığını bəyan edib.

Ötən ay Kabildə intiharçı hücumu 57 nəfərin ölümünə səbəb olub. Hadisə Əfqanıstanın paytaxtında seçici vəsiqələrinin paylandığı mərkəzdə baş verib. Nəticədə 100-dən adam xəsarət alıb.

Həmin hücumun məsuliyyətini İŞİD üzərinə götürmüşdü.

Əfqanıstan rəsmiləri bu gün səhər Pul-e Xomri şəhəri yaxınlığında 6-sı hinditanlı olmaqla, 7 mühəndisin oğurlandığını bildirib. Onlar silahlı şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb. Mühəndislər Hindistan şirkətinin işçiləridir.

Üç intiharçı bomba hücumçusu cümə günü Qəndəhar Polis idarəsinin rəisi General Əbdül Raziqin Boldak rayonundakı iqamətgahına hücum edib.

Rəsmilər deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri hər üç hücumçunu onlar hədəflərinə çatmadan öncə öldürüb.

Hücum intiharçının polis idarəsinin rəisinin evinin önündəki nəzarət-buraxılış məntəqəsindəüzərindəki partlayıcıları partlatması ilə başlayıb. Üzərlərində intiharçı jilet olan digər iki yaraqlı da, təhlükəsizlik keşikçiləri ilə qarşıdurma yaşayıb, daha sonra isə güllələnərək öldürülüb.

Yerli hüquq-mühafizə orqanları hücum zamanı Əfqanıstan polisinin iki üzvünün həlak olduğunu bildirib.

General Raziq hücum zamanı Qəndəhar şəhərində olub. O, ailə üzvlərinin sağ-salamat olduqlarının deyib.

Raziq Amerikanın Səsinə bildirib ki, qanun-mühafizə orqanlarının onun iqamətgahına mümkün hücumla bağlı məlumatları var idi və onlar lazımi təhlükəsizlik tədbiləri görüblər.

“Qanun-mühafizə orqanlarının ücumla bağlı ipucuları var idi. İlk hücumçu motosiklet üzərində olub və buraxılıq məntəqəsində bombanı partladıb. Digər iki hücumçunu isə təhlükəsizlik qüvvələri güllələyib,” Raziq deyib.

Bu, Raziqə qarşı ilk hücum deyil. O, cənubi Qəndəhar vilayətinin polis idarəsinin sədri olandan bəri ona qarşı bir neçə intiharçı bomba hücumu olunub.

Hücumun məsuliyyəti üzərinə alan olmayıb.

XS
SM
MD
LG