Accessibility links

Əfqanıstan qadınları qazandıqları cüzi hüquqularını itirəcəyindən narahatdır


Əfqanıstan qadınları qazandıqları cüzi hüquqularını itirəcəyindən narahatdır
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Əfqanıstan qadınları qazandıqları cüzi hüquqularını itirəcəyindən narahatdır

Əfqanıstandakı qadın hüquqları liderləri və insan haqları müdafiəçiləri ABŞ-ın son 20 ildə əldə etdiyi çətin qazanclari ilə koalisiya qoşunlarının bu ilin sonlarında ölkəni tərk etməsinin potensial olaraq yenidən dirçələn Taliban tərəfindən təhdid altında olduqlarını deyir.

ABŞ ilə və koalisiya birləşmələrinin sentyabr 11-nə qədər Əfqanıstanı tərk etməyə hazışdığı bir vaxt əsas hüquqlarda qazanclarını itiriləcəyindən qorxan qadın və qızlar arasında narahatlıq yüksəkdir.

“Əfqanıstanın gələcəyi ilə bağlı narahatlığım qadınların 20 il geri qayıtmasının həqiqətən mümkün olmasıdır. Əgər Taliban Əfqanıstanın gələcəyinin bir hissəsi olmaq istəyirsə, görüşlərdə iştirak etməli və güzəştə getməlidir" - deyə, Herat şəhərinin sakini Sohila Erfani bildirib.

İndinin özündə belə daha az universitetlərə və məktəbə getmək hüququ Əfqanıstandakı, xüsusilə də Taliban tərəfindən nəzarət edilən bölgələrdəki qızlar və qadınlar üçün universal deyil.

Bir neçə qadın Əfqanıstanın Talibanla sülh prosesində iştirak etsə də,qadın liderlər daha böyük rol tələb edir. Qadın işləri nazirinin müavini Hüsna Cəlil qadın hüquqlarını geri almaq cəhdlərinə qarşı çıxacağını deyir.

“Ölkədəki hər hansı bir kövrək siyasi inkişafla qadınlar arasında potensial müqavimət olduğunu deyə bilərəm. Bundan əlavə, qadın nazirliyi daxilində heç bir dəyişiklik yoxdur və hər cür sarsıntı vəziyyətinin son dəqiqəsinə qədər müqavimət göstərməkdə davam edəcəyik."

Fatimə Gilani Əfqanıstan hökumətinin sülh danışıqları qrupunun üzvüdür.

”İndi biz, Əfqanıstan xalqı sülh yolunda yaxşı irəliləyiş əldə etmək üçün birləşməliyik. Bu, təkcə Əfqanıstan İslam Respublikası nümayəndə heyətinin deyil, həm Taliban, həm də hər bir əfqanın məsuliyyətidir. ”

İnsan hüquqları müdafiəçiləri son altı ayda qadınların ölümcül hücumlara məruz qalması ilə əlaqədar narahatlıq səviyyəsinin yüksək olduğunu qəbul edir. Human Rights Watch-dan Patrisia Qossman ABŞ və digər ölkələrin hələ də maliyyələşdirmə imkanlarının mövcud olduğunu deyir.

“Əfqanıstan dövləti bu anda tamamilə xarici maliyyədən asılıdır və bunun əksəriyyəti ABŞ-ın payına düşür, bu da icra olunan bir çox proqram, hökumət maaşları və ehtiyacları ödəmək deməkdir. Məktəblər üçün, hər şey üçün. "

Digər mütəxəssislər də eyni fikirdədir və onlar beynəlxalq ictimaiyyəti Talibanla qadın hüquqlarının hansının müzakirə edilməyəcəyini aydınlaşdırmağa çağırır.

XS
SM
MD
LG