Accessibility links

Əfqanıstanda 30 mülki vətəndaş kütləvi şəkildə qətlə yetirilib


Əfqanıstanda İslam Dövləti ilə əlaqəsi olan ekstremistlər tərəfindən 30 mülki vətəndaş kütləvi şəkildə qətlə yetirilib.

Dağlıq Qor vilayətində bu hadisə yerli rəsmilər üçün həyəcan təbili olub. Belə ki, şiə Həzaraların məskunlaşdığı regionda bu, İŞİD-in ilk fəaliyyətidir.

İŞİD-ə sadiq yaraqlılar əsasən Nanqarhar vilayətində cəmləşib.

Öldürülənlər qış mövsümü üçün odun topladıqları vaxt İŞİD yaraqlılarının hücumuna məruz qalıb

"Öldürülənlər qış mövsümü üçün odun topladıqları vaxt İŞİD yaraqlılarının hücumuna məruz qalıb”- deyə hökumətin sözçüsü Əbdul Hai Katibi Amerikanın Səsinə bildirib.

O əlavə edib ki, təhlükəsizlik qüvvələrinin yerli sakinlərin yardımı ilə onları xilas etməyə çaşıdığı vaxt həmin insanlar kütləvi şəkildə öldürülüb.

Taliban insidentlə heç bir əlaqəsi olmadığını iddia edir. Qrup Talibanın mülki əhalini qətlə yetirməsinə dair xəbərlərin propaqandadan başqa bir şey olmadığını bildirir.

Əfqanıstanda dinc əhali münaqişə və ektremistlərin hücumlarının təzyiqi altındadır.

BMT 8 min adamın münaqişələr səbəbindən həyatını itirdiyini bildirir. Bunların 2 500 nəfəri cari ilin 9 ayı ərzində öldürülüb.

Kütləvi qətl Pakistanda həyata keçirilən hücumdan bir gün sonraya təsadüf edir.

Pakistanın Kvetta şəhərində bir neçə güclü silahlanmış intiharçının polis təlim mərkəzinə hücumunun məsuliyyətini İŞİD üzərinə götürüb. Hücum zamanı 62 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG