Accessibility links

Əfqanıstana əlavə qüvvə göndərilməsi məsələsi gündəmdədir [Video]


Tramp administrasiyası 3 mindən 5 minədək əlavə əsgəri qüvvənin Əfqanıstana göndərilməsi məsələsini gündəmə gətirib. Rəsmilər prezidentin qüvvələrin sayının artırılmasını NATO liderlərinin sammitində müzakirəyə çıxaracağını deyir. Əfqanıstanda Talibanla 15 ildir davam edən mübarizəyə 350 minə yaxın beynəlxalq qüvvə cəlb edilib.

ABŞ-ın 8400 əsgərdən ibarət qüvvəsi beynəlxalq qüvvələrin böyük hissəsini təşkil edir. ABŞ komandirinin çıxılmaz vəziyyət kimi izah etdiyi döyüşlərə məhz bu qüvvələr yardım edir.

Ötən il Taliban böyük şəhərləri ələ keçirməyə nail olmayıb. Onlar əllərində əraziləri saxlamaqla, çox az əlavə ərazi ələ keçirib.

ABŞ Senatındakı çıxışı zamanı general Con Nikolson qüvvələrin artırılmasının vacibliyini önə çəkib.

Lakin təhlilçilər qüvvələrin sayının artırılması məsələsinin nəzərdən keçirilməsini yalnız Talibana müzakirələr üçün təzyiq məqsədi daşıdığını deyir.

Londondan təhlilçi Keyt Klark: “Məqsəd Əfqanıstan hökumətinə ərazilərini saxlıamağa, bəzi bölgələri geri almağa yardım etməkdir. Taliban buna görə müzakirələrlə razılaşa bilər. Olan budur.”

Talibanı müzakirə masası arxasına gətirmək asan iş deyil. Taliban bu yaxınlarda danışıqları qeyri-islami və təslim kimi qiymətləndirərək, bundan qəti şəkildə imtina edib.

Yaranmış vəziyyətdən çıxış üçün əfqan hökumətinə yardım Talibanı fikrindən döndərə bilər. İslamabaddan təhlilçi Mariya Sultanın dediyinə görə, bu həm də onların qətiyyətini gücləndirə bilər.

“Amerika qüvvələri Əfqanıstan üçün həmişə sabitləşdirici və sabitsizləşdirici faktor olub. Onlar beynəlxalq öhdəliklərə görə sabitləşdirici rol oynayır. Amma ABŞ-ın hərbi mövcudluğunun artırılması xarici qüvvələr əleyhinə retorikaları artırmaqla sabitsizləşdirici faktora çevrilir.”

Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksək səviyyəli şəxslər Amerika qüvvələrini dəstəklədiyini deyir. Donald Tramp məsələni ayın sonunda NATO sammitində qaldıracaq.

XS
SM
MD
LG