Accessibility links

Əfqanıstanda seçkilərin nəticələri hesablanır


Əfqanıstanda şənbə günü keçirilən seçkilərin nəticələri hesablanır. Ölkənin birçox seçki dairələri və qutuları boş olub. Maşhidəçilər seçici fəallığının çox aşağı olduğunu bildirib.

Səsvermə bülletenlərində 15 namzədin adı qeyd olunsa da, əsas mübarizə iki namizəd, daha 5 il hakimiyyətdə qalmaq istəyən indiki prezident Əşrəf Qani (70 yaş) və Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla (50 yaş) arasında gedib. Digər tanınmış namizədlər sırasında keçmiş kəşfiyyat rəisi Rəhmətullah Nabil və keçmiş hərbi komandir, yaraqlıların lideri Gülbüddin Hikmətyar da var.

Qəndahardakı yerli xəstaxanadan verilən verilən məlumata görə, məsciddə baş verən partlayışda 15 nəfər yaralanıb və onlardan 3-nün vəziyyəti ağır dəyərləndirilir. Ölkənin Kabil, Qəzni, Cəlilabad şəhərlərində də partlayışların olduğu bildirilir.

Taliban döyüşçüləri tərəfindən Qunduz şəhərinin minaatanlardan atəşə tutulması badədə məlumatları da var. Son həftə silahlıların hücumlarına cavab olaraq Əfqanıstanda hökumət təhlükəsizlik tədbirlərini gücləndirib.

Ölkə ərazisində səsvermə məntəqələrinin qorunmasına 72 min təhlükəsizlik qüvvəsinin cəlb edildiyi vurğulanır.

Məlumatlara görə, səsvermədə iştirak etmək istəyən 9 milyondan çox ölkə vətəndaşı qeydiyyata düşüb. Bu, 2001-ci ildən bəri Əfqanıstanda keçirilən 4-cü prezident seçkisidir.

Əgər namizədlərdən heç biri tələb olunan səs çoxluğunu qazana bilməsə noyabrın 23-də seçkilərin 2-ci turu keçiriləcək.

Səsvermə ilə bağlı ilkin nəticələr oktyabrın 19-da, yekun nəticələr isə noyabın 7-də açıqlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG