Accessibility links

Əfqanıstanda ilin ilk 4 ayı ərzində 283 uşaq həlak olub


BMT-nin bildirdiyinə görə, Əfqanıstanda ilin ilk 4 ayı ərzində 280-dən çox uşaq həlak olub. Bu, ötən ilin eyni müddəti ilə müqayisədə 21 faiz artıqdır.

BMT-nin Əfqanıstana yardım missiyasının (UNAMA) bu gün açıqladığı hesabatda deyilir ki, 2017-ci ilin yanvar ayının 1-dən aprelin 30-dək 283 uşaq ölüb, 704 uşaq yaralanıb.

Uşaqlar arasında ölüm hallarının 42 faizinə döyüşlər səbəb olub. Qalanları isə partlayıcıların qurbanıdır.

UNAMA hazırı durumdan narahatlığını ifadə edərək, münaqişə tərəflərini təcilli ölçülər götürülməsinə çağırıb.

Son uşaq ölümü bazar günü qeydə alınıb. Partlamamış mərmi işə düşərək 6 ilə 12 yaş arasında 5 oğlan uşağının ölümünə səbəb olub.

Bu il zorakılıq dalğasının artmasına görə mülki əhali arasında ölənlərin sayının artacağı təxmin edilir.

Taliban vilayətlərdə əməliyyatlarına vüsət verəcəyinə and içib.

Tramp administrasiyası Əfqanıstana əlavə qüvvə göndərilməsi məsələsini nəzərdən keçirir.

XS
SM
MD
LG