Accessibility links

BMT-nin Əfqanıstanda işçisi hücum zamanı həlak olub


BMT-nin Əfqanıstanda yardım missiyası bildirir ki, təşkilatın maşını Kabildə nəqliyyatın sıx olduğu yerdə atəşə tutulub

BMT Əfqanıstan paytaxtında hücum zamanı təşkilatın işçisinin güllə ilə vurulub öldürüldüyü bildirib.

BMT-nin Əfqanıstanda yardım missiyası bildirir ki, təşkilatın maşını Kabildə nəqliyyatın sıx olduğu yerdə atəşə tutulub. BMT missiyası hadisənin detallarının aydın olmadığını bildirir.

Agentlik açıqladığı bəyanatda hər hansı bir şəraitdə işçilərinin zorakılığa məruz qalmasını qınayıb.

Bu gün eyni zamanda, Kabil ətraflarında NATO əleyhinə nümayiş isə zorakılıqla nəticələnmiş, polislə toqquşma zamanı 22 adam yaralanmışdır.

XS
SM
MD
LG