Accessibility links

Əfqanıstanda NATO-nun iki əsgəri həlak olub


Əfqansıtanın cənubunda bomba partlayışı partlayışı nəticəsində NATO-nun beynəlxalq təhlükəsizlik qüvvələrinin bir əsgəri, başqa bir incident zamanı isə daha bir koalisiya üzvü həlak olub.

NATO ölən əsgərlərin milliyyəti haqda məlumatı açıqlamayıb.

Cümə günü Əfqanıstanın cənubunda Kunar vilayətində əfqan ordusunun uniformasını geymiş hücumçu ABŞ hərbi qüvvələrinin bir əsgərini öldürmüşdür.

Bu arada, Əfqanıstanda yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində dörd əfqan polisinin öldüyü xəbər verilir.

Badgis vilayətinin qubernatorunun sözçüsünün bildirdiyinə görə, polis işçiləri onları daşıyan patrul maşının bombaya dəyərək partlaması nəticəsində həlak olublar.

Son insidentlər Əfqanıstanda təhlükəsizliyə dair vəziyyətlə bağlı narahatlıqların artmasına səbəb olur. Beynəlxalq qüvvələr 2012-cü ildə ölkənin təhlükəsizliyinin bütünlüklə əfqanların özünə təhvil verməyə hazırlaşır.

XS
SM
MD
LG